Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Şəhəri tərk edənlər öldürüləcək – ŞOK TƏHDİD
Tarix: 29-07-2016 | Saat: 22:03
Bölmə:Karusel / Hadisə | çapa göndər

Şəhəri tərk edənlər öldürüləcək – ŞOK TƏHDİD

Döyüşçülər Suriyanın Hələb şəhərinin şərq hissəsində kişilərin təhlükəsizlik dəhlizləri ilə ərazi tərk etməsinə qadağa tətbiq ediblər.

"Xəbəraz.az "Publika.aza istinadən xəbər verir ki, bu haqda “RİA-Novosti” agentliyinə şəhərdəki mənbə bildirib.

“Təhlükəsizlik dəhlizləri ilə yalnız qadınlar, uşaqlar və qocalar çıxırlar. Yaşı əlliyə qədər olan kişilər faktiki olaraq girovdadır”, - mənbə qeyd edib.

Dünən isə “Al Mayadeen” telekanalı şəxsi mənbələrə istinadən bildirib ki, döyüşçülər Hələbin şərq hissəsindən şəhərin Suriya ordusu tərəfindən nəzarət edilən rayonlarına qaçmağa cəhd göstərənləri ölümlə hədələyiblər.

Qeyd edək ki, iyulun 20-də genişmiqyaslı humanitar əməliyyat çərçivəsində Suriya və Rusiyanın birgə üç humanitar dəhliz açdığı elan edilib. Bu dəhlizlər vasitəsilə dinc sakinlər, həmçinin təslim olmaq istəyən döyüşçülər şəhəri tərk edə bilərlər. Daha bir dəhliz silahlı müxalifətin döyüşçülərinin keçidi üçün nəzərdə tutulub.


Xəbəri paylaş

7228 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___