Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Avqustda 42 dərəcə isti gözlənilir - Aylıq proqnoz
Tarix: 29-07-2016 | Saat: 21:15
Bölmə:Karusel | çapa göndər

Avqustda 42 dərəcə isti gözlənilir - Aylıq proqnoz

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti avqustun hava proqnozunu açıqlayıb.

Məlumata görə, avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimalı var.

Bakıda və Abşeron yarımadasında

Orta aylıq temperaturun 25-28 dərəcə isti (gecələr 21-26, gündüzlər 30-35 dərəcə isti, bəzi günlərdə 39 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 6-8 mm) olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında

Orta aylıq temperaturun 25-28 dərəcə isti (gecələr 19-24, gündüzlər 30-35 dərəcə isti, bəzi günlərdə 38-42 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 6-10 mm) olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında

Orta aylıq temperaturun 18-22 dərəcə isti (gecələr 12-17, gündüzlər 21-26 dərəcə isti, bəzi günlərdə 28-33 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 32-55 mm) olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında

Orta aylıq temperaturun 24-26 dərəcə isti (gecələr 20-25, gündüzlər 30-34 dərəcə isti, bəzi günlərdə 36-39 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir dərəcə yüskəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 15-27 mm) olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında

Orta aylıq temperaturun 22-26 dərəcə isti (gecələr 18-23, gündüzlər 26-31 dərəcə isti, bəzi günlərdə 33-38 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 13-116 mm) olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında

Orta aylıq temperaturun 26-28 dərəcə isti (gecələr 21-26, gündüzlər 30-35 dərəcə isti, bəzi günlərdə 38-40 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir dərəcə yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 6-22 mm) olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında

Orta aylıq temperaturun 23-26 dərəcə isti (gecələr 20-25, gündüzlər 28-33 dərəcə isti, bəzi günlərdə 38 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 18-83 mm) olacağı gözlənilir.


Xəbəri paylaş

7978 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___