Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ayaqyalın gəzməyin 8 İNANILMAZ FAYDASI
Tarix: 27-07-2016 | Saat: 14:33
Bölmə:Karusel / Maraqlı | çapa göndər

Ayaqyalın gəzməyin 8 İNANILMAZ FAYDASI

Hal hazırda bütün dünyada ayaqyalın gəzmək dəbə minib. Ayaqyalın gəzmək dəbi ilk dəfə ABŞ-da meydana çıxıb.
ABŞ-da belə insanları "barefuter" (ayaqyalın) adlandırırlar. Onlar mümkün qədər ayaqqabısız keçinməyə çalışır və bunu sağlamlıq üçün çox faydalı hesab edirlər.
Barefuting həmçinin İngiltərə, Almaniya, Belçika, Hollandiya və bir çox digər Avropa ölkələrində çox populyardır. Xaricdə barefuterlər üçün hətta xüsusi parklar salınır. Bu parklarda müxtəlif örtükləri olan yollar (xırda daşlar, yumşaq torpaq, taxta) var. Barefutingin tərəfdarları sübut edir ki, ayaqyalın gəzməyə başladıqdan sonra onların sağlamlığı xeyli yaxşılaşıb.

Xalq təbabəti, həmçinin ənənəvi tibb də ayaqyalın gəzməyi dəstəkləyir. Pəncəmizin üzərində çoxlu sayda bioloji aktiv nöqtələr var. Bu nöqtələr əsas orqan və sistemlərlə əlaqəlidir. Ayaqyalın gəzdikdə biz bu nöqtələri massaj edirik ki, bu da orqanların möhkəmlənməsinə, onların fəaliyyətinin yaxşılaşmasına kömək edir.

Araşdırmalar göstərib ki, ayaqyalın gəzməyin sağlamlıq üçün bu kimi faydaları var:

- immun sistemini möhkəmləndirir, orqanizmə ümumi möhkəmləndirici təsir edir
- sinir sisteminə müsbət təsir edir, stress və nevroz zamanı çox faydalıdır
- pəncənin bağlarını, sümüklərini və əzələlərini möhkəmləndirir
- yastıpəncəliyin çox yaxşı profilaktikasıdır. Kiçik yaşlı uşaqlarda bu üsulla yastıpəncəliyi müalicə etmək mümkündür. Yastıpəncəlikdən əziyyət çəkən böyüklər üçün də bu çox faydalıdır - ağrıları və pəncəyə düşən gərginliyi azaldır.
- ayaqlarda qan dövranını yaxşılaşdırır
- ayaqlarda göbələk xəstəliklərinin qarşısını alır
- ürək-damar sistemi üçün faydalıdır
- beynin fəaliyyətini yaxşılaşdırır. Tarixi məlumatlara əsasən, dahi filosoflar Sokrat və Seneka daim ayaqyalın gəzirdi və öz şagirdlərinə bunu təfəkkürün daha yaxşı inkişafı üçün tövsiyə edirdilər.

Torpağın, suyun, çınqıl daşların, otun üzərində gəzmək xüsusilə faydalı sayılır. Nəzərə almaq lazımdır ki, buna tədricən və yalnız isti havada başlamaq lazımdır.
Bəzi xəstəliklər zamanı (şəkərli diabet, böyrək xəstəlikləri, podaqra və s.) ayaqyalın gəzmək tövsiyə edilmir.


Xəbəri paylaş

8438 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___