Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İnsanlar ölmək üçün bu şəhərə axışırlar – Foto
Tarix: 25-07-2016 | Saat: 21:19
Bölmə:Karusel / Maraqlı / Foto-fakt | çapa göndər

İnsanlar ölmək üçün bu şəhərə axışırlar – Foto
Hindistanın şimal-şərqindəki Varanasi indusların 7 müqəddəs şəhərindən biridir.

“Ölüm şəhəri” kimi tanınan Varanasi hər il ölümü gözləmək üçün gələn minlərlə hindliyə ev sahibliyi edir. Hindlilər Qanq çayı sahilində “qat” olaraq tanınan beton pillələrdə yuyunaraq günahlarından təmizlənmək, yaxud itirdikləri yaxınlarının bədənlərinin çay kənarında yandırmaq üçün bu şəhərə gəlirlər. Varanasinin küçələrində yoxsul geyimli, yarıçılpaq, bel kəmərlərindən asılmış, içərisində az bir miqdarda pul olan kisədən başqa heç bir əşyası olmayan çoxlu sayda insanlara rast gəlmək olar. Ahıl yaşına çatmış bu insanlar buraya ölməyə gəlirlər. Əllərindəki az miqdarda pul onların dəfn mərasiminin təşkili və yandırılacağı ocağın odununu almaq üçün lazımdır.

Belə bir inam var ki, Varanasidə ölənlərin ruhu dərhal azad olur və “nirvana” vəziyyətinə yüksəlir. Qanqın müqəddəs suları bütün günahları yuyur və insan yenidən doğulur. Hindistanın hər yerindən insanlar özünün son günlərini keçirmək üçün buraya can atırlar. Ora gələnlərin bəziləri hətta o dərəcədə kasıb olur ki, onların pulu yandırılacağı ocağa yetəcək odunu almağa belə çatmır.

Qanqda yarıyanmış insan cəsədlərinin üzməsi tez-tez rast gəlinən hadisələrdəndir.

Səhər tezdən - gün doğanda Qanq çayının sahilində çaya doğru əyilərək Qayatri Mantra (induizmdə ən müqəddəs dua - səslə oxunur) oxuyan çoxlu sayda insanla qarşılaşmaq olar. Bu, müqəddəs yuyunmadır və bu yeri insanlar “qat” adlandırırlar. Varanasidə 80 belə yer var. Qatlar suya enən iri daş pillələrdir. Hər gün minlərlə zəvvar yuyunma mərasimi keçirir. Ölənlərin cəsədi yandırılır, külü isə müqəddəs sulara səpilir.

Varanasini ziyarət edən avropalılar buranı başqa bir dünya ilə müqayisə edirlər. Bu yerdəki atmosfer insanları təkrar buralara qayıtmağa, çoxəsrlik ruhani irslə yenidən təmasda olmağa vadar edir. Bəlkə də ona görə deyirlər ki, Varanasidə hətta yuxu görmək də meditasiyadır.Axar.az
İnsanlar ölmək üçün bu şəhərə axışırlar – Foto
İnsanlar ölmək üçün bu şəhərə axışırlar – Foto


Xəbəri paylaş

6518 dəfə oxunub.

Digər xəbərlər
28-05-2015, 13:57 Cəbhədən xəbər var

bütün xəbərlər
____ Instagram ___