Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sumqayıtda qarajda meyiti tapılan sevgililərin acı hekayəsi +FOTOSU
Tarix: 24-07-2016 | Saat: 18:23
Bölmə:Karusel / Hadisə | çapa göndər

Sumqayıtda qarajda meyiti tapılan sevgililərin acı hekayəsi +FOTOSU

Xəbər verdiyimiz kimi, Sumqayıtda maşında gənc oğlanla qızın meyiti tapılıb. Hadisə iyulun 22-dən 23-nə keçən gecə, şəhərin “3-cü kvartal” ərazisinin həyətindəki qarajda qeydə alınıb.

Belə ki, əsgərliyə getməyə hazırlaşan Kənan sevgilisi Sevinc Mütəllimova ilə qarajlarında görüşüb. Maşında kondisioneri yandıran cütlük bir neçə saat sonra zəhərlənərək vəfat edib.

Qızın valideynləri onun evdə yoxluğundan narahat olublar və axtarışa başlayıblar. Nəticədə sözügedən qarajda gənclərin meyiti aşkarlanıb.

Qeyd edilir ki, hadisə baş verən günün səhəri (iyulun 23-ü) Kənan əsgərliyə getməli imiş, o, sevgilisi ilə vidalaşmaq məqsədilə görüşüb.

Hadisə ilə bağlı bəzi təfərrüatlar əldə edilib.

Həmin gün Kənan Sevinci qaçıraraq evə gətirmək istəyib. Amma oğlanın ailəsi buna qarşı çıxaraq, Kənana qızı öz evlərinə qaytarmağı tapşırıb. Ailə qızı qəbul etmədiyinə görə cütlük sığınacaq kimi qarajdakı maşını seçib.

Qeyd edək ki, Sevinc Mütəllimova Kooperasiya Universitetinin 2-ci kurs tələbəsidir. Kənan isə Ukraynada təhsil alıb.


Xəbəri paylaş

9228 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___