Tovuzda yanan evdə ev sahibinin asılmış meyiti tapıldı
Tarix: 23-07-2016 | Saat: 20:40
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Tovuzda iki evdə yanğın olub.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisələr rayonun Qovlar şəhəri ərazisində qeydə alınıb. Yanğınlardan biri şəhər sakini Vidadi Allahverdiyevə məxsus evdə baş verib. Hadisə yerinə gələn 3 yanğınsöndürmə avtomobili və canlı qüvvənin səyi nəticəsində alov söndürülüb.
Qeyd edək ki, evin həyətində ev sahibi 1959-cü il təvəllüdlü Vidadi Allahverdiyevin asılmış meyiti aşkarlanıb.
Yanğın iki mərtəbəli 6 otaqlı evin 80 kvadratmetr sahəsini yararsız hala salıb.
Başqa bir yanğın hadisəsi isə Qovlar şəhərində Xəqani Əsgərovun mənzilində aşkar olunub. Hadisə yerinə Tovuz rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürmə avtomobili və canlı qüvvəsi cəlb edilib. Evin 40 kvadratmetr sahəsi yanaraq sıradan çıxıb.
Qeyd edək ki, X. Əsgərov DYP-nin Tovuz rayonunda yerləşən 10 saylı Rayonlararası Qeydiyyat və İmtahan Şöbəsinin rəisidir.
Yanğının baş vermə səbəbləri araşdırılır.
Xəbəri paylaş
8418 dəfə oxunub.
Digər xəbərlər

23-02-2016, 13:37
Şəkər xəstələrində xərçəng riski nə qədərdir? - HƏKİM RƏYİ
31-05-2016, 01:23
Azərbaycanda yüksək vəzifəli şəxsin atası dəhşətli qəzada öldü
10-02-2022, 05:21
Məşhur müğənni səhnədə yıxıldı - VİDEO
23-12-2017, 12:20
Köhnə telefonların smartfonlardan - 10 ÜSTÜNLÜYÜ
23-09-2017, 10:26
Ağcabədidə qəza: 1 ölü, 1 yaralı
5-01-2017, 01:13
"Vesti.az" saytının redaktoru vəfat edib
8-08-2016, 11:42
Azərbaycanlı aparıcının “H” adlı sevgilisi kimdir? – FOTO
21-11-2016, 13:30
Putinə sammitdə yun jaket hədiyyəsi - Video