Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qəfil ölümlərin daha bir səbəbi - anjio
Tarix: 18-07-2016 | Saat: 11:35
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər

Qəfil ölümlərin daha bir səbəbi - anjio
Adil Qeybulla: “Onun riskli tərəfləri də var və bu, xəstəyə izah olunmalıdır”
Bu gün insanlar arasında sorğu keçirilsə, onların əksəriyyətinin ürək ağrısından əziyyət çəkdiyini görərik. Təəssüflər olsun ki, yaşından, ixtisasından, necə yaşamasından asılı olmayaraq, ürək zaman-zaman insana var olduğunu hiss etdirir. İstər ağrı, istərsə də müxtəlif sancmalar insanları təşvişə salır və həkimə getməyə məcbur edir.

Bu gün tez-tez eşidilən fikirlər arasında “filankəs anjio əməliyyatı olub” ifadəsini eşidirik. Çox zaman anjio əməliyyatı normal keçsə, xəstə özünü yaxşı hiss etsə də, sonradan əməliyyat keçirmiş şəxsin qəfildən dünyasını dəyişdiyini eşidirik. Buna isə səbəb çox zaman anjio keçirən insanların yemək yeməsi, qaydalara düzgün riayət etməməsi göstərilir. Hətta bəzi hallarda həkimlər səhər anjio əməliyyatı keçirən insanın artıq axşama hər zamankı kimi işləri ilə məşğul olduğunu deyirlər ki, bu da ölümə aparan səbəblərdən biri kimi göstərilir.

Əslində anjio əməliyyatı keçirən insan bir neçə həftə diqqətli olmalıdır. Xəstə qəfil hərəkətlər etməməli, ağır qaldırmamalı, siqaretdən, alkoqollu içkilərdən uzaq durmalıdır. Xəstə təxminən olaraq 2 həftəyə qədər avtomobil sürməməli, ayaq üstə hansısa iş görməməli, həmçinin, çox oturmamalıdır. Anjio keçirmiş şəxs gündə iki, üç litr maye qəbul etməli, qatı, yağlı yeməklərdən uzaq durmalı, yemək vərdişini dəyişməlidir.

Maraqlıdır, bəs ürək-damar xəstəsi olub-olmadığımızı necə bilə bilərik?

Mütəxəssislər ən pisinin ağrısız gələn ürək probleminin olduğunu deyir ki, o da qəfil ölümün səbəblərindən biridir. Sinənin ortasında, mədə nahiyəsindən başlayıb boyuna qədər və yaxud alt çənəyə qədər olan ağrılar ürək-damar ağrılarıdır. Bu ağrı göynədici, yandırıcı, basqı və yaxud sıxılma şəklində olur. Xəstələrin bəzilərində sadəcə mədə, alt çənə və boyunda ola, hər iki qola, çiyinə yayıla bilər. Bəzi insanlarda heç ağrının olmaması da mümkündür. Bu cür insanlar ən şanssız qrupdur ki, qəfləti ölümlə qarşılaşırlar.
Bəzən xəstədə ürək ağrısı xarakteri daşımayan ağrılar da ola bilər. Adətən sancı, batma, “ürəyim ağrıyır” deyərək sol tərəfi göstərən insanlardakı ağrılar ürək ağrısı deyil. Batma, qulunc deyilən yerlərdəki ağrılar əzələ ağrılarıdır. Ürək-damar sistemi xəstəliklərinə tutulmamaq üçün qida çox önəmli rol oynayır. Ürək xəstəliuklərinə tutulmaq istəməyən insanlar qırmızı ətdən uzaq durmalıdır. Əsasən toyuq, balıq əti yemək lazımdır. Onların da içalatlarından uzaq durmaq lazımdır. Xəmir xörəkləri, kərə və qatı yağlardan az istifadə tövsiyə edilir. Ağ çörəkdən çox az istifadə etməli, yediyimizi tələsə-tələsə deyil, olduqca asta-asta yemək lazımdır ki, doyduğumuzu başa düşək. Çünki doyma siqnalları beyinə 20 dəqiqə sonra çatır.

Tibb elmləri doktoru, professor Adil Qeybulla anjionun riskli bir maye olduğunu dedi: “Anjio ürək damarlarının kontrastlaşdırılmasıdır və koronar damarların anjiuoqrafiyasıdır. Ürək damarların kontrastlaşdırılmasının məqsədi ondan ibarətdir ki, görək ürəyi qidalandıran damarlar hansı durumdadır. Bəzən görürük ki, kontrast damarın müəyyən hissəsinə kimi gedib orada kəsilir. Sanki ora tutulur. Yaxud da bu, damarın daralma səviyyəsini göstərir və sairə. Anjio vasitəsi ilə koronar damarların vəziyyəti və ürəyin qidalanmasını aydınlaşdırmaq mümkün olur. Amma bəzi hallarda xəstə ölü vəziyyətdə olur. Ağrı hissi olur və anjio ilə ürəyin qidalanmasında müəyyən problemlər yaranmış olur. Çünki kontras maddə ariteriyalarla ürək əzələlərinə gedir. Bu da ürəkdə olan oksigen çatışmazlığını daha da dərinləşdirir. O hallarda ola bilsin ki, paralel olaraq ürək işi ümumiyyətlə dərinləşsin və ürək əzələsi buna dözməyərək dayansın. Yəni anjio bədənə tam təsirsiz maye deyil. Onun riskli tərəfləri də var və bu xəstəyə izah olunmalıdır. Sadəcə olaraq bu, ona görə olur ki, xəstəyə peşəkar yardım göstərmək mümkün olsun və sonrakı taktika müəyyənləşə bilsin”.

Günel MANAFLI


Xəbəri paylaş

9008 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___