Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Əcdadlarımız insan əti yeyib?
Tarix: 18-07-2016 | Saat: 11:10
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər

Əcdadlarımız insan əti yeyib?

Yaşadığımız dönəm olduqça inkişaf etmiş, dinamik, texnologiyalarla zəngindir. Nəqliyyat elə inkişaf edib ki, istədiyimiz yerə çox qısa müddətdə çatırıq, ürəyimiz istəsə qitələri bir neçə gün ərzində dolana bilirik. Qida üçün elə çox cəhd eləmədən elə yaxınlıqdakı marketdən alırıq. Qışda isti, yayda sərin evlərdə yaşayırıq, bir yerimiz ağrıyan kimi ən yaxın xəstəxanaya gedirik, bu yolla ömrümüzü uzadırıq.
Bu sadaladığım nəsnələrin cənnəti insanlıq tarixinin cəmi 1 %-ni təşkil edir.
Bəs elektrik, nəqliyyat və marketlər olmayanda əcdadlarımız necə yaşayıblar. Güzaranları necə olub? Yerdə qalan 99% tarixə qısaca da olsa baş vuraq. Publika.az ilk homolar (insanlar) haqqında maraqlı məlumatları təqdim edir.

İlk homo cinsinə məxsus canlılar təxminən 2.8 milyon il əvvəl Afrikada ortaya çıxıb. Homo, bizlərin, yəni müasir insanın və bənzər növlərin cəminə (hominid) verilən addır.
Homoların kəllələri geniş olub. Qol və ayaqları dik dayanmağa uyğun idi. İlk olaraq Afrikada Homo gautengensis adlı canlı qrupları meydana gəlib. Sonra ümumiyyətlə ilk homo növü olaraq qəbul edilən Homo habilis meydana gəlib, ardınca Homo erectus, Homo neandertalensis, Homo floresiensis, Homo sapiens, Homo sapiens idaltu və son olaraq biz, yəni Homo sapiens sapienslər meydana gəlib.
Homo erectus

Homoların təxminən 1.8 milyon il əvvəl dik dayana bilən Homo Erectus növü ortaya çıxıb. Bataqlıqda üz üstü tapılan “Turkana Boy” adlı Homo erectusun skeleti günümüzə qədər çatdığı üçün onun haqqında nəsə demək olar.
Araşdırmalara görə Homo erectuslar iri bədənli olublar, ovçuluqla məşğul olub eyni zamanda leşlə qidalanaraq yaşaya biliblər. Homo erectuslar təxminən 400.000 il əvvəl yox olublar.
Homo neandertal

Təxminən 350 min il əvvəl mövcud olublar. Bəzi arxeoloji tapıntılar Neandertalların, Homo sapiens ilə birlikdə yaşadığını göstərir.
Neandertalların xarici görünüşü orta boylu, cüssəli, iri beyinlidir. Onların iri qaş sümüyü və sarı saqqalla örtülü xırda çənəsi olub. Bütün bu anatomik xüsusiyyətlərinə görə neandertalları kretin (bədxasiyyət, ağıldankəm) hesab edirlər.
Demək olar ki, Afrika qitəsində yaşayanlardan başqa müasir insanların 1-4%-i Neandertal geni daşıyır.
Homo floresiensis
Məşhur adı ''hobbit'' dir. Çünki, təxminən boyları 1 metr uzunluğunda, çəkiləri isə 25 kq. olub. Bu növün nümayəndələri 100-cü minilliklə 12-ci minillik arasında İndoneziyada yaşayıblar. onlar hannibalizmlə məşğul olduqları üçün xəstəliklərin yayılması ucbatından nəsillərinin tükəndiyi ehtimal olunur. Bu növə aid ilk tapıntılar İndoneziyanın Flores adasında 30 yaşlı növə aid skeletdir.
Bu insanların kretenizm xəstəliyinə tutulan homo sapiensin alt növü olduğu ehtimal edilsə də, homo erectusun kiçilmiş bir versiyası olduğu da deyilir.
Homo sapiens
Homo sapiens latın dilində ''ağıllı, müdrik'' mənasını verir. Genetik olaraq homogen bir quruluşa malikdir.
Homo sapiens sapiens (''düşündüyünün üstünə düşünə bilən insan'' deməkdir) , yəni müasir insan. Homo sapiensin nəsli tükənməyən yeganə növüdür. Təxminən 50.000 il əvvəl meydana gəlib. İlk olaraq Rene Dekart bu mülahizəni söyləyib.
Onlar odu kəşf edib, yandırmağ, qidanı bişirəndən sonra yeməyi, qidanı çeynəməyi öyrəniblər. Güzaranları yaxşılaşdığından gün ərzində daha çox bekar qaldılar və digər insanlarla ələqələri genişlətdilər. Beləliklə ünsiyyət vasitəsi kimi dilləri meydana gəldi. Beyin ölçüləri böyüdü və tədricən xələfləri olan bizi xatırlatdılar. Od insanları bir yerə toplayan, ünsiyyəti gücləndirən soyuqdan və yırtıcı heyvanlardan qoruyan ünsürə çevrildi.
Zamanla silahlar, ev alətləri düzəltdilər və geyimlər tikdilər. Sadə dillərdə danışmağa başladılar. Beləcə inanclar meydana gəldi. Bu şəkildə yaşayış təxminən 40.000 il davam etdi.
Sonra bizim insan tipimiz meydana gəldi və durmadan tərəqqiyə üz qoydu. Əcdadlarımızn ağlına da gəlməzdi ki, onlardan törəyənlər böyük mədəniyyətlər, sivilizasiyalar yaradacaq, ağlasığmaz texniki naliyyətlərin müəllifi olacaq. Həyat tərzini min illiklər ərzində asanlaşdıran indiki insan enerjisini qəribə də olsa dili inkişaf etdirərək qeybətə, indiki dönəmdə isə "Feysbuk" cəngavərliyinə həsr edir. Gələcək necə olacaq? Bu suala indiki texnikaya Nuh əyyamından qalan vasitə kimi dəyərləndirən xələflərimiz cavab verəcək.

Əcdadlarımız insan əti yeyib?
Əcdadlarımız insan əti yeyib?
Əcdadlarımız insan əti yeyib?


Xəbəri paylaş

7528 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___