Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İrəvanda vəziyyət GƏRGİNLƏŞDİ: ölən və yaralılar var- YENİLƏNİB
Tarix: 18-07-2016 | Saat: 10:36
Bölmə:Karusel / Gündəm | çapa göndər

İrəvanda vəziyyət GƏRGİNLƏŞDİ: ölən və yaralılar var- YENİLƏNİB

Son məlumata görə, 2 nəfər girovluqdan azad edilib. 1 polis işçisi ölüb, digər 2-si isə yaralanıb.

***
18:18
Polis və Daxili Qoşunların binasını ələ keçirənlərlə danışıqlar artıq bir neçə saatdır davam edir.

"Xəbəraz.az " İnterfax-a istinadən bildirir ki, bu barədə agentliyə Ermənistan polisindən bildirilib.

"Danışıqlar davam edir. Aktiv hərəkətlərə hələ keçməmişik", - agentliyin müsahibi deyib.

Bu arada silahlı qrupun liderlərindən biri Pavel Manukyan silahdaşları ilə yenidən əlaqə yaradıb.

"Xəbəraz.az " virtualaz.org-a istinadən xəbər verir ki, o bildirib ki, əsas tələblərindən biri liderləri Jirayr Sefilyanın onlara verilməsidir.

Sefilyanın lider olduğu "Yeni Ermənistan hərəkatının üzvləri Karo Yexnkyan və Syuzan Simonyan isə insanları küçələrə çıxmağa çağırıblar.

Elə bu arada polislər Azadlıq meydanında jurnalist Artur Ayrapetyanı tutaraq döyüblər.

RİA Novosti isə bildirir ki, güc strukturları bu dəqiqələrdə girovların azad edilməsi üçün xüsusi əməliyyata hazırlaşırlar.

***

Erebunidə polis və Daxili Qoşunların binasına basqın zamanı post-patrul alayının rəis müavini polkovnik Artur Vanoyan öldürülüb.

Məlumatı Ermənistan polisinin rəis müavini Unan Poqosyan jurnalistlərə deyib.

"Hücum zamanı polkovnik Artur Vanosyan öldürülüb. Polkovnik Aram Ovannisyan, podpolkovnik Qraç Xosteqyan, baş-leytenant Qagik Mkrtçyan güllə yarası alıblar. Bir neçə polis bədən xəsarəti alıb", - o bildirib.

Hazırda qiyamçılarla danışıqlar davam etdirilir. Ancaq polis onların neytrallaşdırılması əməliyyatına hazır vəziyyətdə gözləyir.

"Danışıqlar davam edir. Biz onları hökumətə təslim olmağa çağırırıq. Hüquq mühafizəçilərinin gərəkli gücü və vasitələri var və onlar bütün lazım olan ölçüləri götürəcəklər. Əgər bizi dinləməsələr, onları neytrallaşdıracağıq. Çünki qatillərlə başqa cür davranmırlar. Amma hələlik danışıq aparırıq. Onların yeganə tələbi Jirayr Səfilyanı azad etməkdir. Amma bu, mümkün deyil", - Poqosyan deyib.

"Xəbəraz.az " RİA Novosti-yə istinadən bildirir ki, İrəvanda polis və hərbçilər polis binasında girov götürülənlərin azad olunması üçün xüsusi əməliyyat başladıblar.

O, həmçinin bildirib ki, qiyamçılar arasında yaralanan yoxdur.

***

Ermənistan Milli Təhlükəsizlik Xidməti yaydığı məlumatda bildirir ki, hazırda silahlı şəxslərlə danışıqlara cəhd edilir. Onlar mövcud hakimiyyətin istefasını, “Yeni Ermənistan” İctimai Xilas Fondunun lideri Jirayr Sefilyanın azad edilməsini tələb edirlər.

İnsident Yerebun rayonunda baş verib. Rəis müavini Valeriy Osipyan hələ də girov saxlanılır.


Xəbəri paylaş

6228 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___