Nazir: “Kiçik problem böyüyür”
Tarix: 18-07-2016 | Saat: 01:10
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
Beynəlxalq Valyuta Fondu neftin ucuzlaşmasının qlobal iqtisadiyyata müsbət təsir göstərəcəyini bildirsə də, bu baş vermədi.
APA xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov “Faynenşl Tayms” nəşrinə müsahibəsində deyib.
Nazir bildirib ki, bızi ölkələrin yardıma möhtac olması onlara Beynəlxalq Valyuta Fonduna müraciət etməsində maneədir: “Nəticədə kiçik problem böyüyür”.
Bir müddət öncə Azərbaycanın Dünya Bankı və Beynəlxalq Valyuta Fonduna 4 mlrd. dollarlıq kredit üçün müraciət etməsi ilə bağlı yayılan xəbərə münasibət bildirən nazir qeyd edib ki, olduqca kiçik həcmdə xarici borcu və 34 mlrd. dollarlıq ehtiyata malik suveren fondu olan ölkənin bu vəsaitə ehtiyacı yoxdur: “Beynəlxalq Valyuta Fondu Azərbaycana bazarda mövcud olan faizlərdən aşağı dərəcə ilə kredit ayıra bilərdi. Söhbət iqtisadiyyata yardımdan yox, daha ucuz maliyyə vəsaiti cəlb etməyə yardım etməkdən gedir. Hazırda fond bu məsələləri həll etmək üçün dörd məhsul üzərində işləyir. Buna baxmayaraq, iri maliyyə vəsaitlərinin üstündə oturan və onları bölüşdürə bilməyən institut var”.
Azərbaycanın 4 mlrd. dollarlıq kreditə ehtiyacı olmadığını deyən nazir bunun ardınca bildirib ki, hazırda “Cənub Qaz Dəhlizi” layihəsinin maliyyələşdirilməsi üçün həmin Dünya Bankı, o cümlədən Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı kimi maliyyə institutları ilə 5 mlrd. dollarlıq kreditin və ya zəmanətin cəlb olunması üçün danışıqlar aparılır. Düzdür, S. Şərifov əlavə edib ki, Azərbaycan layihədəki payını maliyyə institutlarının yardımı olmadan da maliyyələşdirə bilər.
Xəbəri paylaş
7818 dəfə oxunub.
Digər xəbərlər

13-05-2016, 19:12
Erməni cinayətlərindən Avropaya şikayət göndərilib
31-07-2019, 11:19
Ağstafa İcra Hakimiyyətindən BİABIRÇILIQ: Rayonunun adı “Ağtafa” yazıldı
2-10-2015, 01:11
Dünyada yeni ilan növü tapılıb
7-07-2021, 10:27
İllərə meydan oxuyan model gözəllik sirrini paylaşdı - FOTO
17-10-2019, 12:06
“Prezidentin xəbərdarlıq etdiyi məmurlar özləri istefa verməlidir”
15-04-2022, 01:41
⚡DİN polisin maska tələbini inkar edən şəxslə bağlı məlumat yaydı
29-08-2023, 21:17
Üç bürcə çətinliklər və uğursuzluqlar barədə XƏBƏRDARLIQ
28-06-2015, 15:36
Ziya Məmmədov Bakı-Quba beton yolunu niyə sökdürür?
28-04-2016, 09:51
Ağır qəzada iki nəfər öldü, yaralı var
2-12-2016, 19:20
Yataq otağınıza bu 5 bitkini qoyun - SİYAHI