Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Teleaparıcı: “Ər evində məni öldürsələr də, boşanmaram” - FOTOLAR
Tarix: 17-07-2016 | Saat: 15:25
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər

 Teleaparıcı: “Ər evində məni öldürsələr də, boşanmaram” - FOTOLAR

O, telekanalların birində maqazin verilişinin aparıcısı kimi tanınıb. Daha sonra özünü aktrisa kimi sınayan “Qız atası” serialının Səbişi Nərgiz Vahabqızı ilə klip təqdimatlarının birində görüşdük.

Müsahibimlə söhbətə hazırda aparıcısı olduğu “Seyf” verilişindən başladıq:

- Uzun müddət maqazin verilişi təqdim etdikdən sonra tamaşaçı qarşısına “Seyf”lə çıxdınız. Reaksiyalar necə oldu?

- “Seyf” verilişini əvvəl Azər İsmayılov aparırdı, sonra birlikdə təqdim etdik. İndi Azər “Yoxlama” verilişini aparır, “Seyf” mənə qaldı. Verilişin reytinqi yüksəkdir. Hələ ki, tənqid olunmayıb. “ATV maqazin” verilişindən sonra rahatlıqla yeni proqrama öyrəşdim. Dəyişkənliyi sevən insan olduğum üçün bu cür durumlar mənə mənfi təsir göstərmir. Ünsiyyətcil insanam, çəkilişboyu müxtəlif insanlarla söhbət edirəm. Kimsə mənə qucaq açıb, “can” deyəndə çox sevinirəm. Bəzən yorğun, ac-susuz oluram, çəkiliş səhərdən gecəyə kimi davam edir. O vəziyyətdə olanda insanların enerjisi ilə qidalanıram.

- “Qız atası” serialının yeni sezonunda da rol alacaqsınız?

- Çəkilişlər bitib, onu deyim ki, yeni sezonda da varam. Bu dəfə məni fərqli obrazda görəcəksiniz. Mənim də detallı məlumatım yoxdur. İkinci sezona başlayanda ərim peyda oldu, üçüncü sezonda nələr olacağı mənə də çox maraqlıdır. Birinci sezonda ailə qurmaq istəmirdim, yeni mövsümə başlayanda gördüm ki, həyat yoldaşım var. Ailəli qadın obrazını qəbul edə bilmirdim, mənə çətin idi. O obrazı rejissor mənə damla-damla yeritdi. Rolumun öhdəsindən gəldiyimi düşünürəm.

- Bəzən aparıcıların aktrisalıq etməsi birmənalı qarşılanmır, onları tez-tez tənqid edirlər. Sözügedən iradlara münasibətiniz necədir?

- Hər kəsin öz fikri var, hörmətlə yanaşıram. Bizdə öncə işi pisləyib, sonra tərifləmək adətdir. Mənim üçün aktrisalıq hobbidir. Mən jurnalistəm. Ola bilər ki, sabah televiziyaya da çıxmaram, reportyor kimi çalışaram. Mən televiziyanı sevirəm. Aktrisalıqdan isə çəkinirəm. Mənə rol təklif edəndə həyəcanlanıram, tərəddüd edirəm. Deyirəm ki, öhdəsindən gələ bilmərəm.

- Dediniz ki, serialda evli qadın obrazını canlandırmağı qəbul edə bilmirdiniz. Həyatda da evlilik qorxunuz varmı?

- Ailə qurub, peşman olmaqdan çox qorxuram. Ümumiyyətlə, peşman olmaqdan qorxuram, bu, mənim pis tərəfimdir. Həyatda da hər şeyi götür-qoy edirəm. Ailə qurmaq məsuliyyət tələb edir. Ərə getsəm, ailə həyatım alınmasa, boşanmayacağam. Ər evində məni öldürsələr də, qayıtmaram. Yəqin, evdən qovsalar, çıxıb gedərəm (gülür). Ailə həyatına müqəddəs və əbədi baxıram. Ailə risk etməkdir. Düzgün seçim etməliyəm. Ola bilər ki, içimdə qorxu var.

- Nərgiz kənardan daim deyib-gülən və şıltaq xanım olaraq görünür. Bu görüntünün altında başqa Nərgiz də varmı?

- Mən nə qədər deyib-gülsəm də, kövrək insanam. Məni ağlatmaq çox asandır. Yanımda birini incitsələr, oturub ağlayaram. Bəzən özümü danlayıram ki, bu qədər həssaslıq və kövrəklik olmaz.

- Bir müddət şou proqram olan “ATV maqazin”i təqdim etdiniz. Problem yaşadığınız sənət adamları olubmu? Hazırda onlarla münasibətləriniz necədir?

- O qədər olub ki... Mən özüm kinli insan deyiləm. Kiminlə isə küsəndə yadımda saxlamağa çalışıram ki, onunla qarşılaşanda salamlaşmayım, çünki xətrimə dəyib. Bu hadisədən iki saat keçir və hər şeyi unuduram, həmin adamla qarşılaşanda qaçıb qucaqlayıram. Sonra yadıma düşür ki, ondan küsmüşəm. Məndə kin yoxdur, bunun üçün çox heyfsilənirəm. Müğənnilər arasında küsüb inciyənlər olub, bir müddət sonra barışmışıq. Şükür Allaha ki, küsülü olduğum adam yoxdur.

- Aparıcılar nitq qabiliyyətinə, geyim tərzinə görə tez-tez qınanır. Sizcə, aparıcıların hansı çatışmayan xüsusiyyətləri var?

- Mən düşünmürəm ki, teleaparıcılarda nə isə çatışmır. Hər kəs eyni cür düşünə bilməz. Kimsə məni çox sevir, kimsə mənə nifrət edir, kiminsə də mənə qarşı münasibəti neytraldır. Biz üzdə olan insanları müzakirə etməyi sevirik. Qonşudakı Fatma xalanı müzakirə edəsi deyilik ki?

- Bizdə insanları tənqiddən çox təhqir edirlər...

- Təhqirlər əsasən sosial şəbəkələrdə olur. O insanlar düşünməlidir ki, onun təhqirini görən insan 5 qatını deyir. Onun qazanacağı heç nə yoxdur, nə atırsa, o da özünə qayıdır. Mənim tərbiyəm onlara eyni tərzdə cavab verməyə imkan vermir, bloka atıram. Insanı tanımadan onun haqda danışmaq ağlasığmazdır. Mən təəssüf edirəm ki, belə insanlar var. Işsiz adamdır, evdə sıxılır, girib məşhurları söyür.


Xəbəri paylaş

7778 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___