İsrail «Pokemon Go»ya qadağa qoyur
Tarix: 17-07-2016 | Saat: 00:23
Bölmə:Karusel / Dünya | çapa göndər
İsrail hökuməti xaricdəki bütün səfirliklərinə və ölkə daxilində ordu hissələrinə «Pokemon Go» oynamağı qadağan edib.
Xarici İşlər Nazirliyi qadağanı dövlət sirlərinə müdaxilənin qarşısını almaq üçün qoyduğunu bildirib.
Müdafiə Nazirliyi isə bəyan edib ki, çox həssas hərbi sirlər bu oyunla deşifrə oluna bilər: «Xüsusilə ordudakı fotoların yayılmasına görə narahatıq».
Yaponiyanın «Nintendo» şirkətinin oyunu «Pokemon Go» bütün dünyada ajiotaja səbəb olub.
Həm virtual, həm də real dünyanı ehtiva edən bu əlavədə pokemonları axtarıb tutmaq lazımdır.
Pokemonlar xəyali varlıqlardır, «fövqəltəbii qabiliyyətləri» var. Oyun ötən həftə çıxıb, ancaq istifadəçilər artıq bir çox qadağalarla qarşılaşıblar.
Oyunun populyarlığının sirri onun virtual və real dünyaları birləşdirməsi, başqa oyunçularla yarışmaq imkanı və hərəkətlilikdir.
Əlavənin köməyi ilə tutulmuş pokemonları sonradan başqa oyunçularla döyüşlərdə istifadə etmək, onları dəyiş-düyüş etmək də olar. Oyun real dünyanın smartfonun kamerası vasitəsilə əldə olunmuş şəkillərinin üzərinə virtual obyektlər yerləşdirir. İstifadəçi əlavədəki virtual xəritə üzrə real marşrutla hərəkət edir. Xəritə pokemonların harada gizlənmiş olduğunu göstərir.
«Pokemon GO» iOS və Android əməliyyat sistemləri ilə çalışan smartfonlarda işləyir. Oyun, hələlik, ABŞ, Avstraliya və Yeni Zelandiyada istifadəçilər üçün açıqdır.
Xəbəri paylaş
6458 dəfə oxunub.
Digər xəbərlər

26-09-2016, 01:03
Bu gün Azərbaycanda referendum keçirilir
27-06-2017, 13:28
Vaşinqtonda Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Forumu keçirilir
20-02-2018, 16:31
Dəfnə yarpağı - həm ədviyyat, həm dərman
6-05-2016, 23:57
Azərbaycan Dövlət İqtisad Universitetinin abreviaturası UNEC-lə əvəzləndi, dəyişən nə oldu?
1-03-2016, 13:12
Nefti sürətlə bahalaşır - 37 dolları keçdi
27-04-2016, 20:33
Cəbhədə tank əleyhinə minalar tapıldı
28-08-2015, 14:39
Azərbaycanda parlament seçkilərinin tarixi məlum oldu
22-10-2015, 16:36
Azərbaycanlı fahişələr: Fahişə kimi yanına getdiyim oğlanla evləndik
26-07-2019, 16:38
70 milyonluq əmlak və 7 milyonluq tələb – Arif Alışanov hüdudsuz sərvəti necə əldə edib?
24-06-2015, 18:07
Türkiyə səfirliyi qarşısında güclü partlayış