Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
QARABAĞ TORPAĞINDAN XOŞ XATİRƏLƏR!
Tarix: 15-07-2016 | Saat: 09:15
Bölmə:Karusel / M2 / Qarabağdan xəbər var | çapa göndər

QARABAĞ TORPAĞINDAN XOŞ XATİRƏLƏR!
QARABAĞA NÖVBƏTİ BİR SƏFƏRİM DƏ BAŞA ÇATDI!
İyunun 25-dən iyunun 28-nə kimi QARABAĞa növbəti səfərim baş tutdu. Görüş çərçivəsində ANA VƏTƏNimizi gecə-gündüz düşməndən qoruyan
hünərli, dəyanətli və mərd ürəkli VƏTƏNcanlı əsgərlərimizi ziyarət etdim!
Həmçinin məcburi köçkün ailələrlə, Qarabağ müharibəsi iştirakçılarıyla, şəhid ailələri ilə və cəbhənin təmas xəttində yerləşən Mirəşelli kəndində yaşayan sakinlərlə görüşdüm. Cəbhə bölgəsində yaşayan əhalidə çox böyük əhval-ruhiyyə gördüm.
Eləcə də, məcburi köçkünlər üçün salınmış "Yüzdaş evlər" qaçqın şəhərciyində məskunlaşmış Qarabağ müharibəsi iştirakçısı, 2-ci qrup əlil, ehtiyatda olan baş leytenant, məcburi köçkün, Vətənin igid oğlu Quliyev Cahid İsa oğlunun ailə üzvləri ilə görüşdüm. Vətəncanlı Cahid Quliyev 26 iyun Silahlı Qüvvələr günündə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin "Fədai" medalı ilə təltif olundu!
Həmçinin, qorxubilməz, cəsarətli, igid əsgərlərimizdə çox gözəl Vətənpərvərlik ruhunun şahidi oldum. Milli Ordumuzun qorxmaz və hünərli əsgərlərində çox yüksək döyüş ruhu var! Var olsun Azərbaycanın Mübariz ruhlu qəhrəman əsgər oğulları!
Uca Tanrı qorusun Azərbaycan igidlərini!
EŞQ OLSUN QÜDRƏTLİ MİLLİ ORDUMUZA!
QƏLƏBƏ AZƏRBAYCANIN OLACAQ! AMİN!
XATİRƏ ƏZİZ (RƏHİMLİ)
Şair-jurnalist

QARABAĞ TORPAĞINDAN XOŞ XATİRƏLƏR!
QARABAĞ TORPAĞINDAN XOŞ XATİRƏLƏR!
QARABAĞ TORPAĞINDAN XOŞ XATİRƏLƏR!
QARABAĞ TORPAĞINDAN XOŞ XATİRƏLƏR!


Xəbəri paylaş

1 4358 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___