Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
ABŞ kəşfiyyatından MÜHARİBƏ ANONSU: “Bakı bunu qəbul etməyəcək və...”
Tarix: 13-07-2016 | Saat: 22:15
Bölmə:Karusel / Gündəm | çapa göndər

ABŞ kəşfiyyatından MÜHARİBƏ ANONSU: “Bakı bunu qəbul etməyəcək və...”

ABŞ kəşfiyyatının “kölgəsi” hesab olunan “Stratfor” mərkəzi Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı səfərini və münaqişə ətrafındakı vəziyyəti şərh edib.

"Xəbəraz.az " xəbərinə görə, nəşr bildirib ki, aprel döyüşlərində hər iki tərəf itki versə də, münaqişənin yerindən tərpədilməsi üçün diplomatik kanallar işə düşdü: “Apreldən sonra diplomatik döyüş başlandı və 1994-cü ilin atəşkəs şərtləri ilə razılaşmayan Azərbaycan üçün bu yaxşı xəbərdir. Doğrudur, Azərbaycan aprel döyüşlərində ərazilərini tam azad edə bilmədi, lakin o, Ermənistanı kənara tullaya bildi və münaqişəni həll etmək üçün danışıqları canlandırdı. Bundan başqa, Bakı beynəlxalq diqqəti münaqişəyə cəlb edə bildi”.

“Stratfor” Rusiyanın münaqişənin həlli prosesində iştirak edən xarici vasitəçilərin ən nüfuzlusu olduğunu qeyd edib.

“Ermənistanda Rusiyanın 5 min hərbiçisi var, həmçinin, Azərbaycana silah satır. Rusiya prezidenti Vladimir Putin iyunun 20-də Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentlərin görüşünü təşkil etdi. Orada ABŞ və Fransa məmurlarının iştirak etməsinə baxmayaraq, Putin Sarkisyan və Əliyevlə ayrılıqda məsləhətləşmələr apardı. Rusiyalı məmurlar və yerli media şərhlər verirlər ki, Rusiya sülhməramlı qüvvələrini Qarabağa yerləşdirərək, ətrafdakı yeddi rayonun mərhələli formada qaytarılmasını təmin edə bilər. Lakin bu plan açıq şəkildə problemə səbəb olacaq. Çünki Ermənistan faktiki olaraq Dağlıq Qarabağı nəzarətdə saxlamaq istəyir”, - deyə mərkəzi qeyd edib.

Təhlildə Rusiyanın münaqişəni həqiqətən həll etmək istəyinə şübhə ilə yanaşılır: “Münaqişənin əsas arbitri olan Moskvanın münaqişənin həllində maraqlı olması inandırıcı deyil. Çünki münaqişə Rusiyaya Azərbaycan və Ermənistan üzərində təsir imkanı yaradır və onu regionda ABŞ, Türkiyə kimi oyunçulardan bir addım önə çıxarır. Doğrudur, Qarabağda rus əsgərlərinin yerləşdirilməsi Moskvanın regionda daha da gücləndirilməsi ilə nəticələnə bilər. Lakin Rusiya böyük razılaşma olmadan, Qarabağ ətrafında aktiv diplomatik rol oynamağı seçib. O da həqiqətdir ki, Azərbaycan danışıqların cari raundu üçün qeyri-müəyyən vaxtın seçilməsi, yaxud nəticəsiz danışıqlar keçirilməsi ilə razılaşmayacaq. Əgər diplomatiya uğur qazanmasa, o zaman aprel döyüşlərinə bənzər hadisələrin baş verməsi istisna deyil. Bu baxımdan, Rusiyanın bəyanatları nailiyyət əldə olunmasına ümid yarada bilər. Lakin bütün hallarda Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün sözdən çox, addımlar lazımdır”.


Xəbəri paylaş

9608 dəfə oxunub.

Digər xəbərlər
17-07-2017, 10:55 İsrail TANAP-a qoşulur

bütün xəbərlər
____ Instagram ___