Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Atama səhv dərmanlar verdilər, dünyasını dəyişdi" - İlkin
Tarix: 11-07-2016 | Saat: 17:34
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər

"Atama səhv dərmanlar verdilər, dünyasını dəyişdi" - İlkin

Aktyor İlkin Misgərli “ATV maqazin onlarla” verilişinin “İnanmayacaqsınız” rubrikasının qonağı olub.

"Xəbəraz.az "-ın məlumatına görə, həyatından danışan aktyor “Bozbash pictures”dəki Qılman həkim obrazını oynamasının səbəbini açıqlayıb:

“Atama iki il yanlış müalicə etdilər. Səhv diaqnoz qoydular, lazımsız dərmanlar verdilər, dünyasını dəyişdi. Bakıya gətirib çatdırdıq, pis halda. Xərçəng xəstəsi idi. Burada dəhşətə gəldilər ki, bu nə müalicədi? İndi Qılman həkim obrazına görə məni qınayırlar ki, “Həkim xələtdə qaçar? Elə həkim olar?”. Deyirdim, görməmişəm, amma pis həkimlər tanıyıram. Qılmanla həkimlərdən atamın qisasını alıram: savadsız həkim Qılman”.

İ.Misgərli evsiz olduğunu, kirayədə yaşadığını söyləyib:

“Bu dəqiqə nə təklif gəlsə, qəbul edərəm. Hərdən deyirlər, sən də dincəl, yorulmursan? Mən də istəyirəm ki, gedim dəniz kənarına, dincəlim. Amma qazanc lazımdır. Güclə çatdırıram. Hərdən heç çatdıra da bilmirəm. Anam xəstədir, ona baxıram. Evim də yoxdur, kirayə qalıram. Körpə uşağımın kirayədə böyüməsi də çətindir. Övladımın üzünü heç görə bilmirəm, bütün günü işləyirəm”.


Xəbəri paylaş

7928 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___