Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Cütlüklər niyə boşanır? - Ən çox istifadə edilən bəhanələr
Tarix: 10-07-2016 | Saat: 15:17
Bölmə:Karusel / Araşdırma | çapa göndər

Cütlüklər niyə boşanır? - Ən çox istifadə edilən bəhanələr

Azərbaycanda boşanmaların sayında nisbətən artım baş verib.

Ötən illərlə müqayisədə son 6 ildə bu rəqəm yüksəlib. Belə ki, 2010-cu ildə ölkəmizdə 9 min 61 nəfər boşanmışdısa, 2015-ci ildə bu rəqəm 12 min 764-ə çatıb. Bu, heç də aşağı göstərici deyil.

Boşanmaların sayının artmasına səbəb nədir? İnsanlar daha çox hansı səbəbdən boşanır?

Mövzu ilə bağlı bir neçə hüquqşunasla əlaqə saxladıq. Vəkil Vüqar Babayev bildirdi ki, boşanmaların səbəbi müxtəlifdir. Amma son zamanlar ən çox rast gəlinən səbəblər sırasında "yola getmirik, ailədə anlaşma yoxdur", ifadəsi üstünlük təşkil edir.

Vəkillər kollegiyasının üzvü, vəkil Asif Abdullayev bildirdi ki, boşanmalar zamanı bəzi səbəblərə daha tez-tez rast gəlinir:

"Bunlardan xasiyyət uyğunsuzluğu, maddi çətinliklərə qarşı dözümsüzlük, ailə münasibətlərinə kənar müdaxilələri qeyd etmək olar.

Bəzən boşanmanın qeyri-adi səbəbləri ilə də rastlaşırıq. Misal üçün, mənə müraciət etmiş şəxslərdən biri həyat yoldaşının onu uzun illər boyu gəzməyə aparmadığı üçün boşanmaq istədiyini bildirmişdi. Lakin sonradan məsələyə müdaxiləmiz nəticəsində cütlük arasında münasibətlər bərpa olundu”.


Xəbəri paylaş

7718 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___