Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
114 yaşlı kişidən cavan qalmağın sirləri - FOTOLAR
Tarix: 09-07-2016 | Saat: 20:38
Bölmə:Karusel / Maraqlı | çapa göndər

114 yaşlı kişidən cavan qalmağın sirləri - FOTOLAR

Bernardo La Pallo 17 avqust 1901-ci ildə anadan olub və indiyə qədər özünü idarə edə bilir, həm ağlı başındadır, həm də yaxşı formada qalıb.

"Xəbəraz.az "xarici mətbuata istinadən xəbər verir ki, 114 yaşlı kişi verdiyi müsahibəsində uzunömürlülüyünü 5 qidaya borclu olması ilə izah edib. Həkimlər qocanı müayinə edib, onun bir çox 70-80 yaşlı insanlardan daha yaxşı formada qaldığını deyib.

Gəncliyində uzun və xoşbəxt həyat yaşamağa qərar verdyini deyən qoca inidiyə kimi mütəmadi olaraq idmanla məşğul olur, düzgün qidalanır.

La Pallo yarımfabrikatlar və qırmızı ət də yemir. O, daha çox sıyıq, meyvə və tərəvəzlərə üstünlük verir. Onun fikrincə, aşağıda sadaladığmız 5 məhsul insanın ömrünü uzadır.

Bal
Bu qoca iddia edir ki, şəkərdən imtina edən insan daha çox yaşayır. Şəkərin ən yaxşı əvəzləyicisi isə baldır.

Sarımsaq
Sarımsaq xörəklərə xüsusi dad verməkdən əlavə, həm də anti-bakterial və anti-septik xüsusiyyətlərə malikdir. Həmçinin onun tərkibində immuniteti gücləndirən çoxlu vitaminlər var.

Şokolad
İndi çoxları şokoladdan imtina etməyə çalışırlar. Amma Bernardo bildirir ki, ondan itima etmək böyük səhvdir. Az miqdarda şokolad əhval-ruhiyyəni qaldırır və ürək-damar sisteminin işini normallaşdırır. Yalnız bu məhsulun tərkibinin böyük faiz kakao olmalıdır.

Darçın
Darçın yeməklərin dadını yaxşılaşdırmaqla qalmır, həm "pis" xolesterinin səviyyəsini azaldır, həm də diabetin inkişafının qarşısını almağa qadirdir.

Zeytun yağı
Qədim Romada bu məhsul gənclik və xoşbəxtlik iksiri sayılırdı. İndi bu məhsul əlçatmaz deyil, istənilən mağazadan zeytun yağı almaq olar. O, orqanizm üçün çox faydalıdır. Həmçinin tərkibindəki anti-oksidantlar və E vitamininin zənginliyinə görə cavanlaşdıran xüsusiyyətlərə malikdir.

Əgər siz də sağlam, xoşbəxt və uzunömürlü yaşamaq istəyirsinizsə, onda Bernardo La Pallonun məsləhətləribə əməl etməyə dəyər.

114 yaşlı kişidən cavan qalmağın sirləri - FOTOLAR


Xəbəri paylaş

9468 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___