Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Türkiyədə növbəti terror aktı
Tarix: 09-07-2016 | Saat: 18:17
Bölmə:Karusel / Siyasət / Gündəm | çapa göndər

Türkiyədə növbəti terror aktı

Türkiyədə bu gün növbəti terror aktı qeydə alınıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, bu dəfə terrorçuların hədəfi Mardindəki jandarma idarəsi olub.

Terrorçular Sultan Şahmus rayonundakı Cevizpınar Jandarma idarəsinə bombalı hücum ediblər. Bomba ilə dolu maşın idarə qarşısında partladılıb. Partlayışın səsi o qədər güclü olub ki, şəhər mərkəzindən belə eşidilib.

Hücumdan sonra terrorçularla təhlükəsizlik qüvvələri arasında atışma başlayıb. Hadisə yerinə çox sayda təcili yardım və təhlükəsizlik qüvvələri cəlb edilib. PKK terrorçularının hücumu nəticəsində şəhid olanların sayı artıb. ANS PRESS-in məlumatına görə, daha bir əsgər keçinib. Bununla da ölü sayı 3-ə çatıb. Onlardan biri qadın - mülki şəxsdir. 20-dən artıq insan isə bombalı hücum nəticəsində yaralanıb.

Bomba yüklü maşının partladılması nəticəsində Jandarma idarəsi ilə yanaşı, yaxınlıqdakı evlərə də ziyan dəyib.


Xəbəri paylaş

7318 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___