Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Turkiyəyə səyahət bahalaşdı
Tarix: 05-07-2016 | Saat: 22:42
Bölmə:Karusel / Hadisə | çapa göndər

Turkiyəyə səyahət bahalaşdı

Son günlər Azərbaycanda dolların məzənnəsinin artması xaricə turizm paketlərinin qiymətinə də təsir edib. İyunun 22-dən indiyədək ABŞ dollarının məzənnəsində nəzərəçarpacaq artım baş verib. 1 ABŞ dolları 1,55 manatdan 1,6 manat həddinədək yüksəlib.

Wsemir.com xəbər verir ki, turpaketlərin qiymətləri, əsasən, dollarla açıqlanır.

Şirkətlər isə əməkdaşlıq etdikləri banklardakı gündəlik kursa uyğun olaraq ödənişləri qəbul edirlər. Məsələn, iyunun əvvəlində 173 dollara təklif edilən Antalya turu 259 manata başa gəlirdisə, bu gün eyni tur 266 manata başa gəlir.

Eyni zamanda turizm mövsümünün başlanması ilə bağlı qiymətlər 200-300 manat arasında bahalaşıb. Türkiyədə turizm mövsümünün başlanması ilə bağlı iyulun 1-dən hotellərdə qiymətlər bahalaşıb. Türkiyə hotelləri rus turistlərindən məhrum olduqlarına görə böyük endirimə getmişdilər. Münasibətlər yaxşılaşan kimi isə rusların Türkiyəyə axını başlayıb. Nəticədə türk hotelləri qiymətləri artırıb. İki ölkə arasında münasibətlərin normallaşmasından dərhal sonra bəzi hotellər, hətta qiymətləri 30-40% artırıb.

İyul ayında Antalyada 2 nəfərin 1 həftəlik istirahəti

3 ulduz hotellərdə - 680 dollar

4 ulduz hoteldə - 762 dollar

5 ulduz hoteldə - 935 dollara təklif edilir.

Avqust ayında isə qiymətlər bahalaşacaq

3 ulduz hoteldə - 733 dollar

4 ulduz - 783 dollar

5 ulduz – 881 dollar olacaq.

İstanbulda istirahətin qiyməti

İyul ayında İstanbula 2 nəfərlik 5 gecə, 6 gün üçün turpaketlərin qiyməti belə dəyişir.

3 ulduz hotellərdə - 638 dollar

4 ulduz hoteldə - 681 dollar

5 ulduz hoteldə - 748 dollar

Avqust ayında isə qiymətlər bir qədər ucuz olacaq

3 ulduz hoteldə - 591 dollar

4 ulduz - 656 dollar

5 ulduz – 694 dollar olacaq.


Xəbəri paylaş

6888 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___