Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dəhşətli terrorda ölənlərin sayı 160-ı keçdi - YENİLƏNİB
Tarix: 03-07-2016 | Saat: 18:04
Bölmə:Karusel / Dünya / Foto-fakt | çapa göndər

Dəhşətli terrorda ölənlərin sayı 160-ı keçdi - YENİLƏNİB
Bağdadın Əl-Karrad rayonunda terror aktı nəticəsində ölənlərin sayı 165 nəfərə çatıb.

APA-nın məlumatına görə, bu barədə İraqın İNA agentliyi xəbər yayıb.

Bundan əvvəl “Əl-Cəzirə” telekanalıİraqın güc strukturundakı mənbəyə istinadən 131 nəfərin öldüyünü xəbər vermişdi.

Terror aktında yaralananların sayının isə 200 nəfərdən çox olduğu bildirilirdi.

Bomba yüklü avtomobil şiə müsəlmanların dini mərkəzi yaxınlığında dayandırılıb. Partlayışa görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb. Daha sonra İraq paytaxtının şimalında bazar yaxınlığında ikinci partlayış törədilib.




16:58



Bağdadın mərkəzində törədilən terror aktı nəticəsində ölənlərin sayı durmadan artır. Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, artıq həlak olanların sayı 131 nəfərə çatıb.


Qeyd edək ki, Bağdadın mərkəzində mina ilə yüklənmiş vtomobilin partladılmasına görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.


xxxx


13:18


Bağdadda törədilən iki ardıcıl partlayış nəticəsində ölənlərin sayı 80 nəfəri ötüb, 100 yaralı var.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu İraq Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Saad Maan bildirib.

S. Maan paytaxtın Əl-Karrada rayonunda bazarda törədilən partlayışa görə məsuliyyəti İŞİD terror təşkilatının öz üzərinə götürdüyünü də bildirib.

----

6:47

İraqın paytaxtında iki güclü partlayış törədilib, nəticədə 24 nəfər ölüb, 60 nəfər yaralanıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, birinci partlayış dini mərkəzin yaxınlığında törədilib. Binanın yaxınlığında minalanmış avtomobil partladılıb, nəticədə 18 nəfər ölüb, 45 nəfər isə yaralanıb.

Bir müddət sonra “Əş-Şəab” bazarı yaxınlığında ikinci partlayıcı qurğu işə salınıb, nəticədə 6 nəfər ölüb, 12 nəfər yaralanıb.

Partlayışlara görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.


Xəbəri paylaş

6618 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___