Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İdman edənlər, DİQQƏTLİ OLUN: Bu ayaqqabılar çox təhlükəlidir
Tarix: 02-07-2016 | Saat: 17:56
Bölmə:Karusel / İdman / Foto-fakt | çapa göndər

İdman edənlər, DİQQƏTLİ OLUN: Bu ayaqqabılar çox təhlükəlidir
Gün ərzində kifayət qədər yüklənən orqanlarımızdan biri də onurğadır. İdman edərkən isə bədən ağırlığının üç-dörd qatından çoxu onurğaya yük olur. Ortopediya və travmatologiya mütəxəssisi Çağatay Öztürk xüsusilə idman edərkən səhv seçilən ayaqqabıların bütün bədənə zərər verdiyi kimi, onurğa sağlamlığına da mənfi təsir etdiyini vurğulayıb

Həkim bildirir ki, hər insanın bədən quruluşu fərqli olduğu kimi, idman bacarıqları da fərqlidir. Bütün idman sahələrinin özünə xas ayaqqabıları var. Səhv ayaqqabı seçimi insanların performansına psixoloji təsir edir, bütün bədənə zərər verir, eyni zamanda onurğa sağlamlığını zədələyir: “Onurğa sağlamlığı bütün bədənin tarazlığı üçün çox əhəmiyyətlidir. Etdiyiniz idmana uyğun ayaqqabılar seçin. Çünki səhv ayaqqabı seçimi bel ağrısı və onurğa formasının pozulmasına qədər ciddi problemlər yaradır. İdman edərkən onurğa ilə yanaşı, ən çox ağırlıq düşən orqan ayaqlardır. Buna görə də düzgün ayaqqabı seçimi sağlam idman üçün vacibdir”.


Mütəxəssis düzgün ayaqqabı seçimi ilə bağlı məsləhətlər də verib:

- Piyada yeriyən zaman geyindiyiniz son model ayaqqabının onurğada ciddi problemlərə səbəb olma riski var. Doğru ayaqqabı seçimi onurğa üzərində son dərəcə uyğun bir yumşaltma və gərginliyi aradan qaldırma təsiri yaradır, onurğanı qoruyur.

- Davamlı altı düz və sərt ayaqqabılarla gəzmək onurğanın zəifləməsinə və elastikliyinin məhdudlaşdırılmasına gətirib çıxarır. Səhv ayaqqabı seçimi isə bel ağrısı və onurğada forma pozuqluğu yaradır.

- Ayağı dəstəkləyən ayaqqabılar geyinmək, düzdabanlı ayaqqabıların içinə onurğanı tarazlıqda tutması üçün ortopedik dəstək qoymaq lazımdır.

- Hər insanın ayaqda sümük quruluşu eyni olmadığı üçün ayaqqabını geydikdə əvvəlcə ayağınızı narahat edən sərt tikiş olub-olmadığına nəzarət edin.

- İdman ayaqqabınızın bağlarına diqqət edin. Möhkəmcə bağlanmış ayaqqabılar qan dövranını yavaşlatdığı üçün əvvəlcə dizlərə, sonra da belə təzyiq edir, bu da səhhətinizə mənfi təsir göstərir. Ona görə də ayaqqabılarınızın ipini möhkəm bağlamayın.

- Bel ağrısı olanlar ortopedik ayaqqabılar geyinməlidir. Ortopedik ayaqqabılar onurğanı dəstəkləyir və yorulmağa qoymur.


Xəbəri paylaş

8038 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___