Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nəfs
Tarix: 02-07-2016 | Saat: 15:17
Bölmə:Karusel / Təhsil / M2 / İbadət | çapa göndər

Nəfs
Nəfs
Nəfsimə qulluq edib əqlimi inkar elədim,
Ömrümü badə verib günlərimi xar elədim.
Cismimin qüvvəti varkən elədim zail onu,
Özümə dost seçərək şeytanı həmkar elədim.
Oxuyub qareyi Quran eləyib hakqı bəyan,
Məni nadan özümü kor elədim kar elədim.
Açılıb baxdı gözüm yerni cəhənnəm gördü,
Tövbə qılmaqda səbəb buldum ahu zar elədim.
Çox səf addımlarımın izləri var keçmişdə,
Çevrilib arxaya baxdım utanıb ar elədim.
Yaradıb hər şeyi yoxdan böyük Allah dedilər,
Hanı göstər belə məbud deyib israr elədim.
Nə qədər milləti varkən eləyim razı niyaz,
Imtina etdi nəfs mən onu vadar elədim.
Bəlkədə ibrət ola kimsə küfürdən qayıda,
O səbəbdən bu gizli sirrimi aşkar elədim.
Ceyhuna ömrümü bihudə keçirmişsəm əgər,
Bəlkədə döndərib özümü ona mən yar elədim.
Nəfs


Xəbəri paylaş

8748 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___