Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Erməni üzərində qələbə
Tarix: 01-07-2016 | Saat: 17:19
Bölmə:Karusel / İdman / M2 | çapa göndər

Erməni üzərində qələbə

Monqolustanın paytaxtı Ulan-Batorda cüdo üzrə Qran-Pri yarışına start verilib.
"Xəbəraz.az " xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisi aktivinə bir medal yazdırıb.

60 kq çəki dərəcəsində çıxış edən Davud Məmmədsoy mübarizəyə 1/4 finaldan qoşulub. İlk qarşılaşmasında monqolustanlı Ser-Od Nasanyarqala uduzan Məmmədsoy təsəlliverici görüşə qatılıb. Bu mərhələdə təmsilçimizin çıxışı uğurlu alınıb. O, ilk olaraq Rusiya cüdoçusu Maksim Burnaşev üzərində inamlı qələbə qazanıb. Davud Məmmədsoy həlledici qarşılaşmada daha bir rusiyalı idmançı Albert Monquşa qalib gələrək bürünc medala sahib olub.

66 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Vüqar Şirinli də ilk görüşünü məğlub başa vurub. Şirinli təsəlliverici qarşılaşmada Rusiyanı təmsil edən erməni əsilli Paylak Qaloyanı mübarizədən kənarlaşdırsa da, bürünc medal uğrunda mübarizədə sloveniyalı Andraz Jerebiyə uduzaraq Pran-Pridə 5-ci olub.

Qeyd edək ki, 13 ölkədən 126 idmançının (65 kişi, 61 qadın) mübarizə apardığı Qran-Pridə Azərbaycan millisi 14 cüdoçu (13 kişi, 1 qadın) ilə təmsil olunur.


Xəbəri paylaş

7158 dəfə oxunub.

Digər xəbərlər
10-09-2019, 00:40 Bu gün Aşuradır

bütün xəbərlər
____ Instagram ___