Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Brüssel teraktını törədən ingilis agenti çıxdı
Tarix: 01-07-2016 | Saat: 17:13
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Brüssel teraktını törədən ingilis agenti çıxdı
Brüssel Hava Limanında və Parisdə baş verən silsilə teraktları təşkil edən terrorçu Məhəmmd Abrini İngiltərə casusu imiş.

"Xəbəraz.az " xəbər verir ki, 166 nəfərin ölümündə günahlandırılan Abrini bu ilin yanvarında Belçikada həbs olunaraq Brusseldəki bir həbsxanaya göndərilib.

Fransa terrorçununun ekstradisiyasını tələb etsə də, Belçika Baş Prokurorluğu Abrinini Fransaya verməyib.

İngiltərə mətbuatında yer alan məlumatlara görə, İngiltərə xüsusi xidmət orqanları Abriniyə əməkdaşlıq təklif edib. Terrorçu İŞİD haqda məlumatların İngiltərəyə ötürülməsi qarşılığında həbs olunmayacağı barədə zəmanət alıb.

Abrininin Paris və Brüssel teraktlarından sağ qurtulması bu iddiaları gücləndirir. Çünki Brüssel Hava Limanında digər iki terrorçu özünü partlatsa da, Abrini buna cəhd etməmiş və aradan çıxa bilmişdi.

Abrini Atatürk Hava Limanında baş verən terror aktından düz bir il əvvəl Belçikadan İstanbula gəlib. Təxminən bir həftə boyunca İstanbulda bəzi təşkilat üzvləri ilə görüşən terrorçu daha sonra İngiltərəyə gedib, oradan da Fransaya qayıdaraq Paris teraktında iştirak etmişdi.

Xatırladaq ki, ötən ilin noyabrında Parisdə törədilən terror aktında 132 nəfər, bu il martın 22-də Belçikanın paytaxtı Brüssel Hava Limanında baş verən partlayışlarda isə 34 nəfər həlak olub.


Xəbəri paylaş

6748 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___