Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Anar Yusifoğlu radikallığa qarşı - Foto
Tarix: 01-07-2016 | Saat: 16:55
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Anar Yusifoğlu radikallığa qarşı - Foto
“Qloballaşmada Gənclərin Milli-Əxlaqi Dəyərlərinin Qorunması Mərkəzi" İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Birgəyaşayışın Azərbaycan modeli” adlı layihənin icrasını Lənkəranda davam etdirib.

"Xəbəraz.az " xəbər verir ki, İctimai Birliyin sədri Anar Yusifzadə Prezident İlham Əliyevin 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında sərəncamının ölkəmizdəki birgəyaşayış modelinin dünyada təbliğ edilməsinə geniş şərait yaratdığını bildirib: “Bizim layihənin məqsədi Azərbaycanın birgə yaşayış modelinin təbliğ edilməsi və gənclərin dini ekstremist qrupların təsirindən uzaqlaşdırılmasına yardım etməkdir. Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir. Müxtəlif din və mədəniyyətlərin daşıyıcıları Azərbaycanda sabit şəraitdə, qarşılıqlı anlaşma əsasında, bir-birinə hörmət etməklə fəaliyyət göstərir. Bu, müxtəlif mədəniyyətlərin qovuşmasının deyil, toqquşmasının arzusunda olanlar üçün unikal bir cavabdır. Həm də tək sözdə deyil, əməli işdə cavabdır. Dövlət başçısının IV Bakı Beynəlxalq Humanitar Forumunda dediyi kimi: "Multikulturalizmin müasir dünyada alternativi yoxdur. Çünki dünya ölkələrinin mütləq əksəriyyəti çoxmillətli ölkələrdir. Əgər, multikulturalizm iflasa uğrayıbsa, onda bunun alternativi nə ola bilər? Bu da çox aydındır. Bu, ayrı-seçkilikdir, irqçilikdir, ksenofobiyadır, islamofobiyadır, antisemitizmdir”.

Lənkəran şəhər icra hakimiyyətinin nümayəndəsi Könül Manafova qonaqları başçının adından salamlayaraq ölkəmizdə keçirilən multikulturalizm siyasətindən danışıb.

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndəsi Ramin Cəfərov təmsil etdiyi qurumun bu sahədə dəstəklədiyi layihələrdən danışıb. O bildirib ki, 2016-cı ilin multikulturalizm ili olmasıyla əlaqədar həyata keçirdiyi 1-ci maliyyə yardımı müsabiqəsində bu istiqamətdə bir sıra təşəbbüslərə diqqət ayırıb.

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Lənkəran ərazi şöbəsinin rəhbəri Qağayı Məmmədov bildirib ki, bu gün Azərbaycan dini müxtəliflik baxımından çox zəngin ölkədir. Burada fərqli dini konfesiyaların nümayəndələri həmişə həmrəy olmuş, vətənimizin azadlığı, firavanlığı və birliyi uğrunda çalışmışlar.

“İslahatçı gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib ki, Azərbaycanın multikulturalizm və dini dözümlülük siyasətinin öyrənilməsinə ehtiyac var: “Heydər Məscidində qılınan vəhdət namazı dünyaya sülh və bərabərlik mesajı idi”.

Politoloq Əhməd Şahidov dünyada insanların birgəyaşayışın daha mükəmməl modelinin axtarışındadır:

“Multikultural təhlükəsizliyini qoruya bilməyən ölkələrin bugünkü mənəvi durumu göz qabağındadır. Bu ölkələrdə faşizm neofaşizm şəklində yenidən baş qaldırır, antisemitizm tüğyan edir, qatı millətçilik şovinizmə çevrilir. Təkmillətli olmağın fəsadları gizlində alışaraq gələcəkdə gur yanğına dönəcəkləri vaxtı gözləyir. Bütün bunların fonunda isə belə cəmiyyətləri dözümlülük, ədalət, mərhəmət, hörmət, məhəbbət hissləri gözə görünmədən, bəzən də açıq şəkildə tərk edir”.

Tədbir din xadimləri və şəhər ictimaiyyəti nümayəndələrinin qarşılıqlı müzakirələri ilə davam edib.

Anar Yusifoğlu radikallığa qarşı - Foto
Anar Yusifoğlu radikallığa qarşı - Foto


Xəbəri paylaş

7428 dəfə oxunub.

Digər xəbərlər
25-07-2017, 13:03 "Bir daha ərə getmərəm"
29-10-2018, 14:14 Ailəsi onu axtarır

bütün xəbərlər
____ Instagram ___