Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda görünməmiş olay: İş adamı səhvən öldürüldü
Tarix: 30-06-2016 | Saat: 16:28
Bölmə:Karusel / Hadisə | çapa göndər

Azərbaycanda görünməmiş olay: İş adamı səhvən öldürüldü

Göyçay rayonunda iş adamını 16 bıçaq xəsarəti ilə amansızlıqla qətlə yetirən Ağdam rayonunun Yeni İmamqulubəyli kənd sakini, 1991-ci il təvəllüdlü Süleymanov Sərxan Allahverdi oğlu isti izlərlə tutulub.

Yaşadığı evdə yatdığı vəziyyətdə öldürülən iş adamının qətlinin tamah məqsədilə törədilmədiyi məlum olub. S. Süleymanovun ilkin dindirilməsi zamanı məlum olub ki, Cəbrayıl Kərimov təsadüf nəticəsində öldürülüb.

Qətli törədən şəxsin bacısı 1982-ci il təvəllüdlü Süleymanova Nargilə Allahverdi qızı aprel ayının əvvəllərində evlənmək məqsədilə Göyçay şəhərinin Hüseynbala Əliyev 24 ünvanında yaşayan Quliyev Orxan Əsəd oğlu tərəfindən qaçırılıb.

Bundan sonra Ağdam rayonu ərazisində Orxanla Sərxan arasında münaqişə baş verib.

Dünən isə qaçırılan bacısının evlərinə qaytarılmasından qəzəblənən Sərxan Süleymanov qisas məqsədilə Göyçaya gəlib. Lakin o şəhərin Heydər Əliyev prospekti - 24 ünvanı ilə Hüseynbala Əliyev küçəsi - 24 ünvanlarını səhv salaraq gizli yola Cəbrayıl Kərimovun mənzilinə daxil olub və onu qətlə yetirib.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən tutularaq istintaqa təhvil verilib. Orxan Quliyevin 5 dəfə evli olduğu da məlum olub.(APA)


Xəbəri paylaş

7068 dəfə oxunub.

Digər xəbərlər
14-03-2015, 10:03 Zabratda qanlı dava

bütün xəbərlər
____ Instagram ___