Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rəfiqəsi üçün hamilə qaldı, möcüzə baş verdi - FOTO
Tarix: 30-06-2016 | Saat: 13:22
Bölmə:Karusel / Maraqlı / Foto-fakt | çapa göndər

Rəfiqəsi üçün hamilə qaldı, möcüzə baş verdi - FOTO

Avstraliyalı model Rozi Luikin 6 uşağı var.

"Xəbəraz.az "-ın "Dailymail"ə istinadən məlumatına görə, gənc qadın 25 yaşı olanda ən yaxın rəfiqəsi Lauren Lixtnoyer üçün daşıyıcı ana olmağa qərar verib. İllərdir uşağı olmayan rəfiqəsi üçün həyatını riskə atan Rozi 2013-cü ildə əkiz qız uşaqlarını dünyaya gətirib.

Lauren isə Rozinin doğumu yaxınlaşdığı ərəfədə özünün də hamilə olduğunu öyrənir. Rozi bu haqda "20 dəfədən çox süni mayalanma etmişdi, alınmamışdı. Mən də onun üçün hamilə qalmaq istədim. Uşaqları qucağına aldığı andakı üzünün ifadəsi heç zaman yadımdan çıxmaz" deyib. Bunun əsl möcüzə olduğunu söyləyən Lauren indi 3 uşaq anasıdır.

Rozinin isə bundan əvvəl 3 qızı və 1 oğlu vardı. 6 uşaq dünyaya gətirdikdən sonra, 30 yaşında modellik etməyə başlayan Rozi hazırda "Intimate Britney Spears" markasının simasıdır.


Xəbəri paylaş

9558 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___