Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İrəvanda beş azərbaycanlı uşaq zəhərləndi
Tarix: 24-06-2016 | Saat: 19:42
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

İrəvanda beş azərbaycanlı uşaq zəhərləndi

İrəvanda əslən azərbaycanlı olan beş İran İslam Respublikasının vətəndaşı zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib.

ANS-in məlumatına görə, 11-13 yaş arası olan uşaqlar təcili yardım maşınında xəstəxanaya çatdırılıblar. Bütün uşaqlarda həmin gün səhər ürəkbulanması, qusma və daha sonra ishal baş verib. Bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirib. Hazırda uşaqların vəziyyəti ağır kimi qiymətləndirilir.

Ötən gün İrəvana İranın Qroqan şəhərindən təxminən 50 nəfərdən ibarət bir qrup gəlib. Valideyn və məşqçilərin müşayiəti ilə gələn 11-13 yaşarasında olan uşaqlar idman məktəbinin şagirdləridir. Onlardan 15 nəfəri (10 böyük və 5 uşaq) İrəvanda həyət evini kirayələyib. Zəhərlənən 5 uşaq bu evdə yaşayıb. Xəstəxanaya yerləşdirməzdən bir gün əvvəl onlar şam yeməyinə balıq konservləri yeyiblər. Qalan uşaqlar və həmin qrupdan olan böyüklər şam yeməyinə İrandan gətirdikləri düyünü yeyiblər.

Qroqanda yaşayanların əksəriyyəti türklərdir və onlar Azərbaycan ləhcəsində danışırlar. Onlar 14-cü əsrdə Teymurləng tərəfindən Konya və Suriyadan Azərbaycana geri qaytarılmış Rumulu və Şamılı (Şahsevənlər) tayfalarının bir qoludur.


Xəbəri paylaş

7598 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___