Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dəhşət: Ər arvadı və oğlunu baltaladı
Tarix: 24-06-2016 | Saat: 13:23
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Dəhşət: Ər arvadı və oğlunu baltaladı
Сəlilabad rayonunda ər keçmiş həyat yoldaşını və 12 yaşlı oğlunu baltalayıb.

Report xəbər verir ki, hadisə rayonun Muğan kəndində baş verib. Kənd sakini İsgəndər Əliyev axşam saatlarında keçmiş həyat yoldaşının evinə girərək üzərindəki balta ilə Şamama Qürbətovaya və 12 yaşlı övladı Səid Əliyevin baş nahiyəsinə zərbələr endirib. Ardınca o, böyük oğlu Fəridlə Əlbəyaxa olub.

Qəzəblənmiş ata 17 yaşlı övladını əlləri ilə boğmağa çalışsa da, Fərid atasının əlindən xilas olaraq bayıra qaçıb. Evdəki qışqırıq səsinə qonşuların gəldiyini görən İsgəndər Əliyev evdən qaçıb. Yaralılar qonşular tərəfindən xəstəxanaya çatdırılıblar. Ş.Qürbətovanın vəziyyəti ağır, oğlunun vəziyyəti isə orta ağırdır.

Məlumata görə, arvadından boşanmış İsgəndər Əliyev övladları üçün nəzərdə tutulan aliment pulunu ödəmirmiş. Bu da tərəflər arasında ciddi narazılığa səbəb olub.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb, cinayəti törədən şəxsin tutulması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.
Dəhşət: Ər arvadı və oğlunu baltaladı
Dəhşət: Ər arvadı və oğlunu baltaladı


Xəbəri paylaş

7658 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___