Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Məşhur müğənni biznesmen oldu: "Acından öləsi deyiləm ki"
Tarix: 21-06-2016 | Saat: 10:36
Bölmə:Karusel / Şou-Biznes / Fotogalereya | çapa göndər

Məşhur müğənni biznesmen oldu: "Acından öləsi deyiləm ki"
Müğənni Niyam Salami özünə yeni biznes qurub. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, gecə klubu işlədəcək: “Müğənnilikdən savayı əlavə gəlir yerim yox idi. Elə buna görə də özümə yeni klub açdım. Artıq həmin məkana sənət dostlarım da təşrif buyurub və səhnə aldı. Düşünürəm ki, bu sahədə də uğur qazana bilərəm. Bunun üçün əlimdən gələni edirəm. Toylar azalıb, acından öləsi deyiləm ki? Mən də çörək pulum nədənsə çıxarmalıdır. Buna görə məni kimsə də qınamasın. Eyni anda müğənniliyimi də davam etdirirəm. Yəni bu mənə mane olmayacaq”.

N.Salami onu da əlavə edib ki, iyulun 6 da paytaxt məkanlarının birində konsert verəcək: “Demək olar ki, hər il konsert verirəm. Hər bir konsertim yüksək səviyyədə olur. Səhnədə olanda hər şeyi unuduram. Çünki sənətimi sevirəm. Yaradıcılığımda yeniliklərim boldur. Bu yaxınlarda müğənni Mətanət Əsədova ilə duet oxudum, həmin mahnı sevildi. Daha bir tanınmış xanım müğənni ilə duet hazırlayıram. Həmin həmkarımın adını indi açıqlamaq istəmirəm. Hələlik sirr qalsın. Bunu konsertimdə açıqlayacam”.


Xəbəri paylaş

6158 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___