Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Formula 1 yarışlarında 5 əcnəbi xəstəxanalıq olub
Tarix: 20-06-2016 | Saat: 12:36
Bölmə:Karusel / İdman / M2 | çapa göndər

Formula 1 yarışlarında 5 əcnəbi xəstəxanalıq olub

Formula 1 yarışları çərçivəsində 13 nəfər xəstəxanalara yerləşdirilərək stasionar müalicə alıblar. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna verilən cavabda bildirilib ki, onlardan 5-i xarici, qalan 8-i isə Azərbaycan vətəndaşı olub: "Onlara bütün lazımi tibbi yardım, yüksək səviyyədə xidmət göstərilib".

Ümumilikdə isə Formula 1 yarışları çərçivəsində təcili tibbi yardıma 100-dən müraciət daxil olub ki, onlardan da 30-u xarici, qalanları isə yerli vətəndaşlardır.

Qeyd olunub ki, iyun ayının 17-dən 19-dək Formula 1 yarışları çərçivəsində ölkəmizə səfər etmiş idmançılara, iştirakçı ölkələrin nümayəndə heyətlərinə və qonaqlara yarış zamanı tibbi xidmətlərin vaxtında və tam həcmdə göstərilməsi üçün Səhiyyə Nazirliyi tərəfindən yüksək səviyyədə lazımi tədbirlər görülüb. F1 yarışlarında iştirak üçün ölkəmizə gələn idmançılara ambulator yardımın göstərilməsi üçün yaradılan tibb məntəqəsi, habelə idmançı və gələn qonaqlar üçün ehtiyac olduğu halda ayrılan tibb müəssisələri, o cümlədən Mərkəzi Neftçilər Xəstəxanası, Kliniki Tibbi Mərkəz və Bakı Sağlamlıq Mərkəzi tam hazır vəziyyətə gətirilib.

İdmançılara və ölkəmizə gələn qonaqlara təcili və təxirəsalınmaz tibbi yardım göstərilməsi üçün müasir, beynəlxalq standartlara uyğun avadanlıq və ləvazimatla təchiz edilmiş təcili tibbi yardım maşınları yarış ərazisində, qonaqlar yerləşdiyi ərazilərdə və digər sahələrdə 24 saat ərzində xidmət göstəriblər.


Xəbəri paylaş

5958 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___