Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Andrey Malaxov Enrike İqlesiasa görə Bakıya gəldi
Tarix: 19-06-2016 | Saat: 18:43
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Andrey Malaxov Enrike İqlesiasa görə Bakıya gəldi
Məşhur rusiyalı jurnalist, şoumen Andrey Malaxov həyat yoldaşı, Nataliya Şkulevo da dünya şöhrətli müğənni Enrike İqlesiasın konserində iştirak etmək üçün ötən gün Bakıya gəlib.

ANS-in məlumatına görə, bu barədə jurnalist öz şəxsi Tvitter səhifəsində bildirib.

Formula-1 yarışları çərçivəsində ötən gün Enrike İqlesiasın Bakıda konserti baş tutub.

Konsertə tamaşa etmək üçün Milli Parka minlərlə insan toplaşıb. “Latın pop musiqisinin kralı” kimi tanınan ispan əsilli müğənni səhnədə özünün “Hero”, “Bailamos” və “I like ıt” kimi məşhur hitlərini səsləndirib. Konsertin aparıcısı şoumen Murad Dadaşov olub.

Bir neçə dəfə ölkəmizə gələn Andrey Malaxov hər zaman Bakı haqqında gözəl fikrilər səsləndirib. Bu ilin fevralında Malaxov paytaxtımıza heyranlığını bildirib.

“İki il əvvəl Bakıya ezamiyyətə getmişdim. Şəhərin necə fantastik dərəcədə dəyişdiyinin şahidi oldum. Bütün bunlar qısa zamanda olmuşdu. Bakı qısa vaxtda olduqca müasir, gözəl, fərqli bir şəhərə çevrilmişdi. Əvvəlki illə müqayisədə yaxşı mənada tanınmaz hala gəlmişdi. Mən Bakıya gəlirəm. Günəş, ağ mərmər, gözəl işıqlandırılmış küçələr, təmizlik və sairə... Sonra geriyə, Moskvaya uçuram. Və tıxaclar, qar, çirk, kir-pas və əsəbi insanlar... Hətta xatırlayıram ki, maşında ağlamışdım”.


Xəbəri paylaş

7258 dəfə oxunub.

Digər xəbərlər
23-08-2015, 20:19 Terror qrupu tutulub

bütün xəbərlər
____ Instagram ___