Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Şəmkirdə 2 qardaşı bıçaqlayan şəxs saxlanıldı - YENİLƏNİB
Tarix: 18-06-2016 | Saat: 12:25
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Şəmkirdə 2 qardaşı bıçaqlayan şəxs saxlanıldı - YENİLƏNİB


Şəmkirdə iki qardaş bıçaqlanıb.

"Xəbəraz.az "-ın Kəpəz TV-yə istinadən məlumatına görə, qardaşlardan biri ölüb digərinin isə vəziyyəıti ağırdır. Qanlı olayın sərxoşluq zəmnində baş verdiyi ehtimal olunur.

Hadisə ötən gün axşam saat 23:00 radələrində rayonun Kür qəsəbəsində baş verib. Qəsəbə sakini Sabit Əliyevlə Mahir və Zaur Abbasov qardaşları arasında yaranan mübahisə peşmançılıqla nəticələnib. Sabit Əliyev qardaşların hər ikisinə çox saylı bıçaq zərbələri endirib. Ağır yaralanan şəxslər xəstəxanaya aparılarkən qardaşlardan biri 42 yaşlı Mahir Abbasov yolda dünyasını dəyişib. Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılan 34 yaşlı Zaur Abbasov isə əməliyyat olunub, vəziyyətinin ağır olduğu bildirilir.

Murad Mahmudov Şəmkir Mərkəzi Rayon Xəstəxanasının həkimi Qarın boşluğunun ön divarına boşluğa keçən kəsilmiş deşilmiş diaqnozu ilə daxil olub. Xəstə təcili əməliyyata götürülüb. Əməliyyatdan sonra reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır olaraq qalır.

Qardaşlara çoxsaylı bıçaq zərbələri endirən Sabit Əliyev cinayəti törətdikdən sonra hadisə yerindən qaçaraq məsuliyyətdən yayınmağa cəhd göstərib. Şəmkir rayon polis şöbəsi əməkdaşlarının keçridikləri əməliyyat axtarış tədbirləri ntəicəsində Əliyev saxlanılaraq istintaqa təhvil verilib. İlkin məlumatlara görə cinayəti törədən Sabit Əliyev hadisə vaxtı sərxoş olub. Faktla bağlı Şəmkir rayon prokurorluğun cinayət işi başlanılıb. İstintaq aparılır.

00:22

Şəmkirdə iki qardaş bıçaqlanıb, biri dünyasını dəyişib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Kür qəsəbə sakinləri arasında baş verən dava zamanı Mahir və Zaur Abbasov qardaşları bıçaqlanıb.

Onlardan Mahir Abbasov xəstəxanaya çatdırılan zaman yolda dünyasını dəyişib, 1982-ci il təvəllüdlü Zaur Abbasov isə qarının kəsilmiş deşilmiş yarası xəsarətləri ilə Şəmkir Mərkəzi rayon xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Dərhal əməliyyat edilən Z. Abbasovun vəziyyəti orta ağır qiymətləndirilir.

İki qardaşın Kür qəsəbə sakini Sabit Əliyev tərəfindən bıçaqlandığı bildirilir. Hadisə yerindən qaçan S. Əliyevin saxlanılması istiqamətində Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.


Xəbəri paylaş

6818 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___