Azərbaycanda bir ailənin 4 üzvü eyni gündə dəfn edildi - DƏHŞƏTLİ HADİSƏDƏN YENİ XƏBƏR
Tarix: 17-06-2016 | Saat: 21:38
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər
İyunun 17-nə keçən gecə Şəmkirdə baş vermiş dəhşətli yol qəzasında vəfat edən bir ailənin 4 üzvü bu gün dəfn edilib.
Bakı-Qazax magistralında “VAZ 2106” və “Mercedes” markalı iki avtomobilin toqquşması nəticəsində ölən 1958-ci il təvəllüdlü İntizam Həsənov, onun həyat yoldaşı, 1960-cı il təvəllüdlü Rəna Həsənova və gəlini 1983-cü il təvəllüdlü Aynur Həsənova Yeni Həyat kəndinin məzarlığında yanaşı, R.Həsənovanın qızı 1980-ci il təvəllüdlü Xanım Bayramova isə Gəncədə dəfn edilib.
Bildirilir ki, ailə üzvləri Gəncə hava limanı yaxınlığında özlərinə məxsus soğan sahəsində alaq təmizləməkdən gəlirmiş.
Hadisə zamanı ailənin daha 3 üzvü də yaralanıb ki, bunlar dünyasını dəyişən İ. Həsənovun oğlu 1981-ci il təvəllüdlü Ramin Həsənov, 2008-ci il təvəllüdlü Röyal Ramin oğlu Həsənov, 1996-cı il təvəllüdlü Vahid Bayramovdur. Həmçinin “Mercedes”in sürücüsü 1981-ci il təvəllüdlü İntiqam Muxtarov da yaralanıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
*****
11:19
Daxili İşlər Nazirliyi Şəmkir rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, iyunun 16-da saat 20 radələrində Şəmkir rayonunun Könüllü kəndində rayon sakini İltizam Həsənovun idarə etdiyi “VAZ-21063” və Kəlbəcər rayon sakini İntiqam Muxtarovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşmuşdur. Nəticədə İ.Həsənov və sərnişinləri - arvadı Həmidə, qızı Xanım, oğlu Ramin, nəvələri Vahid, Röyal və gəlini Aynurə Həsənova, habelə İ.Muxtarov xəstəxanaya yerləşdirilmişlər. Sürücü İ.Həsənov, Həmidə, Xanım və Aynurə orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Xəbəri paylaş
1 8448 dəfə oxunub.
Digər xəbərlər

3-11-2016, 16:44
PR menecer Elton Hacıyev: "Model-biznesdə iqaməddinləşmə gedir!"
3-03-2018, 19:00
Sabirabadın 4 kəndinə 22 mln. 358 min manat ayrıldı - SƏRƏNCAM
3-09-2016, 19:39
Bir ailənin 4 üzvü qəzaya düşdü: biri öldü
21-04-2019, 19:58
Fəhlə 13-cü mərtəbədən yıxılaraq ÖLDÜ
6-01-2017, 19:07
İzmirdə öldürülən terrorçularla bağlı YENİ FAKTLAR
11-07-2015, 15:58
Bakıda dəhşətli qətl: Oğlunun toyuna hazırlaşan kişi öldürüldü - YENİLƏNİB + VİDEO
13-11-2015, 17:28
Ananın fəryadı - "Qızıma təcavüz edir" - VİDEO
25-10-2016, 21:28
Nadir Qafarzadə "avtoşluq" etdi: özü də çəkdi - VİDEO
2-08-2018, 22:35
Superkubok matçını idarə edəcək hakimlər bəlli oldu
18-05-2016, 17:21
Beynəlxalq birliyin səylərini dəstəkləyirik - Nazir müavini