Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Argentina mediası Bakıdakı Formula-1-dən yazdı
Tarix: 17-06-2016 | Saat: 19:40
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Argentina mediası Bakıdakı Formula-1-dən yazdı
Azərbaycanın Argentinadakı səfirliyinin təşəbbüsü ilə bu ölkənin “Diario Jornada” xəbər portalında “Bakı - Formula 1-in yeni ünvanı” adlı məqalə yayılıb.

"Xəbəraz.az " xəbər verir ki, məqalədə bildirilir: 1990-cı illərdən etibarən Formula-1 təqviminə bir sıra yeni şəhərlər əlavə olunub, lakin iyunun 17-də bu yarışların tarixində yeni səhifə açılır və ilk dəfə olaraq Bakı şəhəri həmin yarışlara ev sahibliyi edir. Məqalədə Bakı Şəhər Halqası barədə məlumat verilir, 20 döngəsi olan həmin halqanın yarış təqvimində genişliyinə görə ikinci olduğu diqqətə çatdırılır.

Müəllif, həmçinin Bakı şəhəri haqqında məlumat verir, şəhərin qədim hissəsində yerləşən Şirvanşahlar sarayı və Qız qalasının UNESCO-nun Dünya İrs Siyahısına daxil edildiyi, Bakıda “Avroviziya” musiqi yarışmasının, birinci Avropa Oyunlarının keçirildiyi, paytaxtın 2020-ci ildə futbol üzrə Avropa çempionatına ev sahibliyi edəcəyi qeyd olunur.

Məqaləyə, həmçinin Formula-3 yarışlarında Azərbaycanı təmsil edən gənc pilot Gülhüseyn Abdullayevin yarış maşınında Bakı Şəhər Halqasında həyata keçirdiyi sınaq yürüşünü əks etdirən video əlavə olunub.


Xəbəri paylaş

6908 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___