İşsizlərə şad xəbər: pul veriləcək - Video
Tarix: 17-06-2016 | Saat: 13:12
Bölmə:Karusel / Gündəm / M2 / Xəbəraz TV | çapa göndər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “İşsizlik sığortası haqqında” qanun layihəsi hazırlayıb.
Xəzər Xəbər-in verdiyi məlumata görə, layihə bütün əlaqədar dövlət qurumları ilə razılaşdırılıb. Qanun layihəsinin parlamentin payız sessiyasında müzakirə ediləcəyi gözlənilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov bildirib ki, layihədə əsas məsələlərdən biri işsizlik sığortasının məbləğinin müəyyən edilməsidir. Yeni qanun layihəsinə əsasən, işsizliyə görə sığorta haqqı ümumilikdə işçinin əmək haqqının 1%-i qədər olacaq. Bunun 0,5%-ni işçi özü, digər 0,5%-ni isə işə götürən ödəyəcək ki, bu da dünyada ən aşağı göstəricilərdən biridir.
Sığorta ödənişinin məbləği işçinin təcrübəsindən və işsiz qaldığı müddətdən asılı olacaq. Yəni işçinin təcrübəsi çox olarsa, sığorta ödənişi də yüksək olacaq, işsiz qaldığı müddət artdıqca isə, əksinə, ödəniş azalacaq. Sığorta üçün ilk dəfə müraciət edən şəxs ilk iki ayda ona təyin olunan aylıq ödənişi 100% alacaq, növbəti iki ayda bu məbləğin 80%-ni, daha sonrakı iki ayda isə 70%-ni alacaq.
İşsiz qalan şəxs bu müddət ərzində iş tapa bilməzsə və yenidən sığorta ödənişi üçün müraciət edərsə, ona 3 ay müddətinə sığorta ödənişi veriləcək
.
Xəbəri paylaş
7048 dəfə oxunub.
Digər xəbərlər

5-06-2021, 10:10
Şəhid jurnalistlə vida mərasimi keçirilir
25-11-2021, 11:42
Azərbaycanın bu ərazilərinə qar yağıb - FAKTİKİ HAVA
16-08-2017, 17:00
Sabah yağış gözlənilir - Proqnoz
15-02-2016, 13:23
170 min dollara vəzifə satan şəxsin adı açıqlandı
18-03-2017, 17:49
Elektron sınaq imtahanları keçiriləcək
2-08-2022, 11:54
Demet Akalın xoşlamadığı içkini ofisiantın başına TÖKDÜ
13-01-2022, 10:41
“Oğlum qız qaçırtdığı kəndə getdi, 10 nəfər tərəfindən öldürüldü”
28-05-2020, 16:54
Bakıda "kapitan” saxlanıldı
17-04-2017, 22:21
Gecə yatmadan öncə makiyajı mütləq silin - ZƏRƏRLƏR