Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Əli Abbasovun kartof sahəsindən oğurluq edildi
Tarix: 16-06-2016 | Saat: 16:11
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Əli Abbasovun kartof sahəsindən oğurluq edildi
Cəlilabadda kartof sahəsindən oğurluq edilib.

Trend xəbər verir ki, hadisə rayonun Sabirabad kəndində Əli Abbasova məxsus kartof təsərrüfatında qeydə alınıb.

Axşam saatlarında naməlum şəxslər məhsul yığılmamış sahədən xeyli miqdarda kartof yığaraq oğurlayıblar. Təsərrüfat sahibi isə bundan səhər saatlarında xəbər tutub.

Zərərçəkənin sözlərinə görə, eyni vaxtda sahənin 4 müxtəlif ərazisindən yarım hektara yaxın kartofun bir neçə saat ərzində çıxarılması oğruların bir yox, bir neçə şəxs olduğunu deməyə əsas verir.

Ə.Abbasov bildirib ki, onun sahəsinə yaxın ərazilərdən dəfələrlə quyulardakı su nasosları, sahələrin suvarılması üçün istifadə olunan su boruları naməlum şəxlər tərəfindən oğurlanıb:

“Qonşu mənə zəng vurdu ki, sənin yerinin kartofunu aparıblar. İnanmadım, elə bildim zarafat edir. Gəldim sahəmə baxdım, gördüm həqiqətən də yer dağılıb. 5-6 nəfər olublar. Uşaq və böyük adamın ayaq izləri var".

Artıq faktla bağlı rayon polis şöbəsinə məlumat verilib. Hadisə ilə bağlı hələlik saxlanılan olmasa da araşdırma aparılır.


Xəbəri paylaş

6708 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___