Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Azərbaycanla bağlı səsvermə müsbət nəticələndi”
Tarix: 16-06-2016 | Saat: 15:03
Bölmə:Karusel / Gündəm / Dünya / M2 | çapa göndər

"Azərbaycanla bağlı səsvermə müsbət nəticələndi”

Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində çərşənbə axşamı, 14 iyun 2016-cı ildə Azərbaycan Respublikasına dair məruzəyə dair səsvermə müsbət nəticələnib.

Musavat.com xəbər verir ki, bu barədə millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti Elxan Süleymanovun bəyanatında bildirilir.

E.Süleymanov qeyd edib ki, Azərbaycana Aİ tərəfindən maliyyələşdirilən proqramlarda iştirak imkanı verəcək beynəlxalq sazişin ratifikasiyasını nəzərdə tutan bu məruzənin 2015-ci ildən bəri güclü anti-Azərbaycan kampaniyası tərəfindən qarşısı alınırdı:

“Avropa Parlamentində (AP) Azərbaycana qarşı böhtan və tənqid dalğası Azərbaycan Parlamentinin AP ilə bütün əlaqələri kəsməsinə və Aİ çərçivəsindəki Avronest Assambleyasından geri çəkilməsinə gətirib çıxarmışdı. Buna baxmayaraq, Azərbaycanla əməkdaşlığa və müsbət əlaqələrə maraq göstərən AP üzvləri əlaqələri bərpa etmək üçün ciddi işləyib. Belə üzvlərdən biri, ruminiyalı xanım Norika Nikolay çərşənbə axşamı qəbul edilmiş sənədin (məruzənin) məruzəçisidir. Xanım Norika Nikolay əməkdaşlığı davam etdirməyin həlli yollarını tapmaq məqsədilə 1-3 iyun tarixlərində Bakıya səfər etmişdi. O, səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və ədliyyə naziri cənab Fikrət Məmmədovla görüşmüşdü. Görüş zamanı cənab Prezident İlham Əliyev qeyd etmişdi ki, AP-də anti-Azərbaycan qüvvələrinin mənfi münasibəti əməkdaşlığa həqiqətən maraq göstərən Avropa Komissiyasının fəaliyyəti ilə ziddiyyət təşkil edir.

Məruzənin Xarici Əlaqələr Komitəsində qəbul edilməsindən sonra Norika Nikolayın ismarışı belə olub: “Aİ ilə Azərbaycan arasında vətəndaş cəmiyyəti və insan hüquqlarına dair tərəfdaşlığın tədricən möhkəmlənəcəyi açıq-aydın sübut edildi.” “Bundan sonra heç bir amilin əməkdaşlığımızda fasilələr yaratmamasını istəyirəm”, - deyə o, əlavə edib. Bu, Azərbaycana qarşı irəli sürülmüş əvvəlki iddiaların əsassız olduğunu göstərdi”.

Elxan Süleymanov həmçinin qeyd edib ki, “Avropa İttifaqı və Azərbaycan Respublikası arasında Çərçivə Sazişi”nə dair məruzənin AP-nin plenar sessiyasında səsverməyə qoyulacağı gözlənilir:

“Məruzəçi iyul sessiyasında keçiriləcək bu səsvermənin müsbət nəticələcəyinə ümidini ifadə edib. Bu dəfə Xarici Əlaqələr Komitəsində əldə edilmiş müsbət səsvermə Azərbaycanla bağlı çox müsbət ismarışdır. Bu nəticə belə şərh edilə bilər ki, hələ də əməkdaşlığa ümid var və AP-nin bir çox üzvləri qarşılıqlı tərəqqi və sülh, eləcə də ticarət və enerjinin inkişafı naminə müsbət əlaqələrin zəruriliyini anlayır”.


Xəbəri paylaş

6728 dəfə oxunub.

Digər xəbərlər
28-06-2023, 13:03 Bakıda 32° isti olacaq

bütün xəbərlər
____ Instagram ___