Putin Avropaya yeni mesaj verməyə hazırlaşır
Tarix: 16-06-2016 | Saat: 12:20
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər
Rusiya Federasiyası Prezidenti Vladimir Putin Avropa Birliyi üçün yeni mesaj hazırlayıb.
"Xəbəraz.az "xəbər verir ki, Blumberq nəşri Putinin bu mesajı Sankt-Peterburq Beynəlxalq İqtisadi forumunda AB-yə verməyi planlaşdırdığını yazıb:
“Putin təxminən “Gəlin Ukraynanı unudaq və işgüzar dialoqa qayıdaq” tipli bir mesaj ötürəcək. O, Peterburq Beynəlxalq İqtisadi forumundan Avropa liderlərinə çağırış meydançası kimi istifadə edəcək və onları Rusiya ilə münasibətləri normallaşdırmağa səsləyəcək.
Ukrayna münaqişəsinin fonunda Rusiyaya tətbiq olunan sanksiyalar, dünya neftinin qiymətinin aşağı düşməsi Rusiya Federasiyası iqtisadiyyatına böyük zərbə vurdu. Rusiya, əlbəttə ki, tezliklə sanksiyaların aradan qaldırılacağını gözləmir, amma Putin “tunelin sonunda işıq olduğuna” inanır”.
Nəşrin iddialarına görə, Rusiya prezidenti sözügedən forumda Ukrayna konflikti ilə bağlı heç bir yeni təkliflə çıxış etmək niyyətində deyil:
“Putin Peterburq Beynəlxalq İqtisadi forumunda Ukrayna münaqişənin həllinə kömək etmək üçün Qərbə hansısa güzəştlər etmək niyyətində deyil. Prezident forumda Rusiyanın iqtisadi perspektivlərindən danışacaq və xarici investorları əmin edəcək ki, ölkədə əlverişli biznes mühiti mövcuddur”.
Prezidentin mətbuat katibi Dmitri Peskov Putinin Qərblə münasibətləri yaxşılaşdırmaq haqda yeni mesaj çatdırmaq istədiyi haqda verilən suala belə cavab verib:
“Bu, Putinin həmişəki mesajıdır. Sadəcə olaraq Qərb liderləri adətən bunu qulaqardına vurur”.
Xəbəri paylaş
9658 dəfə oxunub.
Digər xəbərlər

8-06-2016, 22:53
Kılıçdaroğluna atəş açıldı - Video
11-04-2015, 18:38
“Ay ağdamlı, bir az sadə ol”
26-04-2016, 20:36
Yavər Camalov Pakistan prezidenti ilə görüşdü - Foto
23-08-2023, 21:57
Barbiyə oxşamaq üçün 130 min dollar xərclədi - İnanılmaz dəyişim
21-02-2019, 11:27
Bakı Metrosunda azyaşlı qıza qarşı iyrənc əməl
24-11-2016, 17:39
Putin: “Rusiyanın sərhədi heç harada bitmir”
3-06-2022, 11:05
Bu gün milli parklarda "açıq qapı" günü keçiriləcək
16-12-2017, 11:17
Fələstinlə iki ayağı olmayan əlil güllələndi-FOTO
17-03-2015, 11:40
ATƏT cəbhə xəttində növbəti monitorinq keçirəcək