Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İtaliya-Azərbaycan biznes forumu keçirildi
Tarix: 14-06-2016 | Saat: 19:12
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

İtaliya-Azərbaycan biznes forumu keçirildi
İyunun 13-də İtaliyanın Roma şəhərində Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclası çərçivəsində İtaliya-Azərbaycan biznes forumu keçirilib.

İqtisadiyyat Nazirliyindən"Xəbəraz.az "-a verilən məlumata görə, forumda Azərbaycan tərəfdən rəsmi şəxslərlə yanaşı, energetika, infrastruktur, logistika, kənd təsərrüfatı, tibb və sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndəsi ölkəmizin biznes və investisiya imkanlarına dair təqdimatla çıxış edib, Azərbaycanın sənaye parkları, italiyalı iş adamları üçün maraq doğuracaq potensial investisiya layihələri, investorlar üçün təklif edilən güzəştlər barədə məlumat verib.

Biznes forum hər iki ölkənin iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.


Xəbəri paylaş

6798 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___