Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İvanişvili: “Saakaşvili 2008-də böyük səhv etdi”
Tarix: 14-06-2016 | Saat: 17:47
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

İvanişvili: “Saakaşvili 2008-də böyük səhv etdi”

Mixail Saakaşvili 2008-ci ilin avqustunda böyük səhvə yol verib.

"Xəbəraz.az " xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvili söyləyib. Onun sözlərinə görə, hazırkı Gürcüstan hakimiyyəti Saakaşvili kimi hərəkət etmək niyyətində deyil.

Qeyd edək ki, 2008-ci ilin avqustunda Cənubi Osetiyadakı separatçı qüvvələrin aktivləşməsindən sonra Gürcüstan oraya ordu yeridib. Bunun ardınca Rusiya osetinləri qorumaq bəhanəsi ilə rəsmən Gürcüstana daxil olub. Bir neçə gün davam edən müharibədən sonra atəşkəs haqqında razılıq əldə edilib. Bundan sonra Moskva rəsmən Cənubi Osetiyanın və Abxaziyanın müstəqilliyini tanıyıb.

Bir sıra şəxslər indiyə qədər Saakaşvilini Cənubi Osetiyanın itirilməsində günahlandırırlar. Saakaşvili isə bunun əksinə olaraq Cənubi Osetiyadakı müharibənin qaçılmaz olduğunu və yalnız Rusiyanın provokativ addımlarından sonra buraya girmək məcburiyyətində qaldığını bildirib.


Xəbəri paylaş

6768 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___