Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
ABŞ-ın Qarabağ riyakarlığı - Petisiya
Tarix: 14-06-2016 | Saat: 15:36
Bölmə:Karusel / Gündəm / Dünya / M2 | çapa göndər

ABŞ-ın Qarabağ riyakarlığı - Petisiya

Azərbaycan Dağlıq Qarabağın statusunun “müyyənləşdirilməsini” deyil, işğal faktına son qoyulduqdan sonra yalnız müzakirəsini mümkün sayır.
"Xəbəraz.az " xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu yazıb. Siyasi şərhçi Sərsəng su anbarının işğalının ekoloji fəlakətə aparmasıyla bağlı petisiyaya Ağ Evin cavabını dəyərləndirib:

“Cavabda Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycanın nəzarətinə qaytarılması ifadəsi işğal faktını təsdiq edir, ancaq sonrakı hissədə “Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi” vurğulanır. Vaşinqton Azərbaycanın mövqeyini birmənalı müdafiə etmir. Yəni “işğala son qoymaqla” “statusun müəyyənləşməsi” bərabər tutulur. Qeyd olunur ki, Sərsəng su anbarının idarə olunması və istismarı tərəflərlə davam edən dialoqun bir parçası olmalı və humanitar məsələlərlə bağlı müzakirələr aparılmalıdır. Bu, Azərbaycanın maraqlarına uyğun deyil və ətraf rayonlardakı azərbaycanlıların əzab çəkdiyi faktı təsdiq olunmur. “Tərəflər humanitar məsələləri müzakirə etməlidir” fikri isə birbaşa erməni separatçılarının maraqlarına uyğundur. Bütün bunlar göstərir ki, Obama üçün Cənubi Qafqazın problemləri və Dağlıq Qarabağ münaqişəsinin həlli maraqsızdır. Bir sözlə, Ağ Evin münaqişənin həllinə baxışı ATƏT-in Minsk Qrupunun müvqeyindən fərqlənmir”.

Qeyd edək ki, Sərsəng su anbarının işğalının ekoloji fəlakətə aparmasıyla bağlı petisiya Ağ Evin saytında yerləşdirildikdən sonra həmin petisiyaya 330 mindən çox imza toplamışdı. Lazım olan imza isə cəmi 100 mindir.


Xəbəri paylaş

6158 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___