Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Məmurlar bunu edəndə cərimələnəcək – Qanun
Tarix: 14-06-2016 | Saat: 12:16
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Məmurlar bunu edəndə cərimələnəcək – Qanun

Milli Məclisin bugünkü iclasının gündəliyində maraqlı məsələlər var. Onlardan biri İnzibati Xətalar Məcəlləsinə nəzərdə tutulan dəyişiklikdir. Bu dəyişiklik vətəndaşların müraciətlərinə baxılması zamanı dövlət orqanları və vəzifəli şəxslərin yol verə biləcəyi laqeydliyin və süründürməçiliyin aradan qaldırılmasına yönəlib.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə hüquqşünas Ərşad Hüseynov yazıb.

Ərşad Hüseynov bildirib ki, bu dəyişiklik Milli Məclisin iclasında qəbul edilərsə, məmurlar süründürməçiliyə görə cərimələnəcək:

“Dəyişiklik qüvvəyə mindikdən sonra vətəndaşların müraciətlərinin qəbul edilməməsinə, vətəndaşların müraciətlərinin baxılması üçün şikayət edilən orqanın və ya onun vəzifəli şəxslərinin özlərinə göndərilməsinə, vətəndaşların qəbulunun "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq təşkil edilməməsinə, habelə müraciətə görə vətəndaşın təqib edilməsinə görə vəzifəli şəxslərə xəbərdarlıq ediləcək və ya onlar 100 manat məbləğində cərimə olunacaq. Bunu edən hüquqi şəxslər isə 200 manat məbləğində cərimələnəcək. Amma yeni norma müraciətə vaxtında cavab verilməməsinə görə məsuliyyət müəyyən etmir”.

Qeyd edək ki, bu gün Milli Məclisin növbədənkənar iclası keçiriləcək.


Xəbəri paylaş

6088 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___