Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İsmayıllıda 12 yaşlı qızı sel apardı
Tarix: 13-06-2016 | Saat: 12:57
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər

İsmayıllıda 12 yaşlı qızı sel apardı


Sel Göyçayda da 100 hektardan çox taxıl, yonca sahəsini məhv edib.

“Bu dəqiqə üçün İsmayıllıda ən böyük problem işıq və qazla bağlıdır. 15 kəndin kommunal təchizatını bərpa etmək hələ də mümkün olmayıb. Bərpa işləri aparmaq üçün sel gələn çayları keçmək mümkün olmayıb. Hazırda çayların üzərindən gediş-gəlişi bərpa etmək üçün iş aparılır".

"Xəbəraz.az " xəbər verir ki,Bu fikirləri ANS PRESS-ə İsmayıllı rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Rövşən Ağayev selin yaratdığı fəsadlardan danışarkən deyib.

Sədrin sözlərinə görə, çayda suyun səviyyəsi nisbətən endiyi üçün bərpa işləri başlanılıb.


İsmayıllıda təhlükəli vəziyyət yaranıb
“Hazırda çayların içərisindən keçidlər düzəldilir və kəndlərin kommunal xidmətlərinin bərpa edilməsi üçün işlər aparılır. Yaşayış yerlərində işığın kəsilməsinə səbəb həmin kəndlərin 35 kilovoltluq elektrik xəttindən qidalandığı dayağının Enişdibi kəndində aşması ilə bağlıdır. Qazın kəsilməsinə səbəb isə Talış kəndindəki Talış stansiyası adlandırılan yerdən çıxan daşıyıcı xətti sel aparmasıdır. Eyni zamanda bütün körpüləri də su aparıb".


Sel İsmayıllı yolunu dağıtdı
İntensiv yağışın səbəb olduğu sel bir ailəyə də ziyan vurub. Rayonun Çayqovuşan kənd sakini 2004-cu il təvəllüdlü Sadıqova Səbinə Samir qızını sel aparsa da xoşbəxtlikdən onun həyatını xilas etmk mümkün olub.

Hələlik rayona dəyən ümumi zərərin miqdarı məlum deyil: “Təxminən 500 hektar əkin sahəsinə ziyan dəyib. Hazırda tələf olan mal-qaranın sayı müəyyənləşdirilir”.

Rövşən Ağayev rayonun Sulud kəndində baş verən sürüşmə səhəsi ilə bağlı vəziyyətə də aydınlıq gətirib. Bildirib ki, sürüşmə hələ də davam edir: “Aktiv fazada olsa da çox sürətli deyil. Sakinlər də ərazidən köçürülüb. Mütəxəssislər də ərazidə sürüşmə dayanmayana qədər heç bir iş aparılmasının mümkün olmayacağı barədə rəy veriblər”.


İsmayıllıda 12 yaşlı qızı sel apardı


Bənzər hadisə Göyçayda da müşahidə edilir. Güclü leysan nəticəsində yaranan sel suları rayona ciddi maddi ziyan vurub. Ümumilikdə 100 hektardan çox taxıl, yonca və noxud sahəsini sel suları məhv edib. Bu barədə ANS PRESS-ə Göyçay rayon İcra Hakimiyyəti başçısının birinci müavini və rayon Fövqəladə Hallar Komissiyasının sədri İkram Vəliyev məlumat verib. Onun sözlərinə görə, sel suları nəticəsində 14 fərdi yaşayış evinin həyətinə də ciddi zərər dəyib: “Həmin ev sahiblərinin xırdabuynuzlu heyvanları tələf olub. Bundan başqa iki körpünü və 10 min voltluq 5 işıq dirəyini də sel suları aparıb”.

İcra başçısının müavini onu da bildirdi ki, ən çox zərər rayonun Qaraməryəm kəndinə dəyib. Kəndi iki hissəyə bölən körpünün uçması nəticəsində bəzi vətəndaşların əkin sahələri ilə əlaqəsi kəsilib: “Hazırda "Azəravtoyol"un əməkdaşları da əraziyə cəlb edilib. Körpülərin 3-4 gün ərzində bərpa edilməsi planlaşdırılır. Eyni zamanda suyun işıq dirəklərini aparması nəticəsində kəndlərə elektrik enerjisinin verilməsində də fasilə yaranmışdı. Ancaq həmin problem aradan qaldırıldı”.


Xəbəri paylaş

6708 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___