Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Cavidin Votsap yazışması məhkəməyə çıxarılır
Tarix: 10-06-2016 | Saat: 14:44
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər


Cavidin Votsap yazışması məhkəməyə çıxarılır
Anntv.az-nin əməkdaşı Rasim Əliyevin döyülərək öldürülməsi işi üzrə həbs edilən “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

Bu barədə Axar.az-a C.Hüseyovun vəkili Adəm Məmmədov məlumat verib.

Onun sözlərinə görə, məhkəmədən bəraət hökmü çıxarılması tələb olunacaq:

“Hüquqlarını müdafiə etdiyim şəxsə qarşı elan olunan ittihamın heç bir əsası yoxdur. Cavid Hüseynovun qohumu Elşən İsmayılovla Votsap yazışması istintaq materiallarında var. Orada gördüyünüz kimi, Cavid qohumlarının görüşə getməyinə qarşı çıxır. Onlar da söz verirlər, amma bu sözün üstündə durmurlar. C.Hüseynovun əməlində cinayət tərkibi yoxdur. Hüquqlarını müdafiə etdiyim şəxsə qarşı elan olunan ittihamı əsaslandrmaq mümkün deyil. Cavidin bu işdə günahı olsaydı, 15 il iş verərdilər”.

Apellyasiya şikayətinə yaxın günlərdə baxılacaq.

Xatırladaq ki, bir neçə gün öncə Cavid Hüseynovun qohumu Elşən İsmayılovla Votsap yazışması yayılıb. Mesajlarda Cavidin bibisi oğlu E.İsmayılovun R.Əliyevlə görüşə getməsinə təkidlə mane olmağa çalışdığı əks olunub.

Cavid Hüseynov Rasim Əliyevi "söz ilə yerinə oturdacağnı", onun artıq üzr istədiyini, görüşə ehtiyac qalmadığını bildirir. E.İsmayılov təkid etdikdə isə görüşə özünün də gəlmək istədiyini yazmasından görünür ki, o, sona qədər insidentin baş verməməsinə çalışıb.

Qeyd edək ki, Əliyev Rasim Məmmədəli oğlu 2015-ci ilin avqust ayının 8-də paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib.

Bununla bağlı Bakı Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Faktla Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib. O cümlədən, "Qəbələ" klubunun sabiq kapitanı C.Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirlməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb.

Bakı Şəhər Prokurorluğunda başlanan cinayət işinin istintaqı keçən il dekabrın 22-də tamamlanıb. K.Mədətov, C.Məmmədov və S.Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), E.İsmayılov və A.Əliyevin isə həmin Məcəllənin 126.3 və 177.1-ci (oğurluq) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı təsdiqlənərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

2016-cı il aprelin 1-də keçirilən iclada hökm oxunub. Məhkəmənin hökmü ilə E.İsmayılov 13, A.Əliyev 12 il 6 ay, C.Məmmədov 11 il, S.Mustafayev, K.Mədətov 9 il, Cavid Hüseynov isə 4 il müddətinə azadlıqdan məhrum edilib.


Xəbəri paylaş

7468 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___