Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Oğlu qızını öldürən ana: "Qızımı pis qələmə vermişdilər" - VİDEO - FOTO - YENİLƏNİB
Tarix: 09-06-2016 | Saat: 15:53
Bölmə:Karusel / Hadisə / M2 / Xəbəraz TV | çapa göndər

Oğlu qızını öldürən ana: "Qızımı pis qələmə vermişdilər" - VİDEO - FOTO - YENİLƏNİB
Ötən gün Samux rayonunda baş verən dəhşətli qətl hadisəsi geniş ajiotaja səbəb olub. Ailənin yaxınları və kənd sakinləri hadisə ilə bağlı müxtəlif ehtimallar səsləndirirlər
"Xəbəraz.az "-ın KəpəzTV-yə istinadən xəbərinə görə, mərhumun yaxınları danışıb.

Mərhumun övladı: “Biz anamla yemək yeyirdik, dayım gəldi anamı vurdu, nə qədər itələdim qaçmadı”.

Mərhumun anası Elnaz Həsənovanın sözlərinə görə, bacı ilə qardaş arasında münaqişə bir neçə aydır başlayıb. Hər dəfə övladlarını barışdırmağa çalışan ana bu dəfə əlacsız qalıb. Ana ilə yanaşı, ailənin qohumları da bacı-qardaşın mübahisəli həyat yaşadıqlarını gizlətmir.

Elnaz Həsənova bu barədə belə deyir: “Bunlar düşmən kimi yaşayırdılar. Düzdür arada bir danışırdılar, amma düşmən olaraq qalırdılar. Çünki bunu o qədər yoldan çıxarıblar, qızı pis qələmə veriblər”.

Bəyaz Həsənova- mərhumun xalası: “Bu, içkili olub. Bu içkili olanda çox pis olur”.
Qeyd edək ki, bir neçə ay öncə həyat yoldaşından ayrılan Gülnarə Həsənova evdə 3 övladı ilə birgə yaşayırmış. Bacı qatili olan qardaşın əməlinə hüquq-mühafizə orqanlarının araşdırmasından sonra qiymət veriləcək.
Dünən axşam saatlarında Samux rayonunda baş vermiş dəhşətli qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az-ın məlumatına görə, 3 uşaq anası olan 30 yaşlı bacısı Gülnarə Həsənovanı öldürən Cavad Həsənov özü də evli olub. Onun 2 övladı var.

Hadisənin baş vermə səbəbinə gəlincə, Hacallı kənd sakini olan C.Həsənov bacısını qısqanclıq zəminində öldürdüyünü etiraf edib. O, ilkin ifadəsində bildirib ki, bacısına həyat tərzində dəyişiklik etməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edib və onu yüngül həyat tərzi keçirməkdən yayınmağa çalışıb. Dünən toy məclisindən sərxoş vəziyyətdə qayıdan 32 yaşlı Cavad əvvəlcədən planlaşdırılmış formada bacısının evinə daxil olaraq onu bıçaqlayıb. O, bacısının boğaz, döş qəfəsi, qarın və qol nahiyələrinə ümumilikdə 10-a yaxın zərbə endirib.

Bildirilir ki, G.Həsənova bir müddət əvvəl həyat yoldaşından boşanıb və bundan sonra atasının evinin yaxınlığında kiçik bir ev tikərək 3 övladı ilə burda yaşayıb. Qətl hadisəsi də həmin evdə baş verib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.
Samuxda qətl hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Samuxun Hacallı kəndində qeydə alınıb.

Kənd sakini, 1984-cü il təvəllüdlü Cavad Həsənov bacısı, 1986-cı il təvəllüdlü Gülnarə Həsənovanı boğaz nahiyəsindən bıçaqlayıb. Qadın hadisə yerində ölüb. Qətl hadisəsi Gülnarə Həsənovanın övladının gözü qarşısında törədilib. Bir neçə ay əvvəl həyat yoldaşından ayrılan mərhumənin 3 uşağı var.

Məlumata görə, Cavad Həsənov cinayəti törədən zaman içkili olub. Mərhumənin anası Elnaz Həsənova bildirib ki, qızı ilə oğlu arasında münasibətlər bir müddət əvvəl pozulub. Bir neçə dəfə mübahisələri olsa da, bu gün içkili vəziyyətdə toydan qayıdan qardaş bacısını qətlə yetirib. Hüquq mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cavad Həsənov saxlanılıb.

Faktla bağlı Samux rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

Oğlu qızını öldürən ana: "Qızımı pis qələmə vermişdilər" - VİDEO - FOTO - YENİLƏNİB
Oğlu qızını öldürən ana: "Qızımı pis qələmə vermişdilər" - VİDEO - FOTO - YENİLƏNİB
Oğlu qızını öldürən ana: "Qızımı pis qələmə vermişdilər" - VİDEO - FOTO - YENİLƏNİB



Xəbəri paylaş

7668 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___