Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Məmur ərini öldürən arvadın məhkəməsi davam edir
Tarix: 09-06-2016 | Saat: 15:10
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər


Məmur ərini öldürən arvadın məhkəməsi davam edir
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Xalidə İsgəndərovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən proses Xalidə İsgəndərovanın qızı Bülbül İsgəndərovanın ifadəsi ilə davam edib.

B.İsgəndərova ötən proses zamanı ifadəsini bibisinin təzyiqi ilə verdiyini deyib və bildirib ki, atasını anası öldürməyib. Daha sonra prosesdə Füzuli İsgəndərovun bacısı Cəmilə Süleymanova ifadə verib. O, ifadəsində bildirib ki, qardaşının ailəsində hər zaman problem olub. O, qardaşının Xalidə tərəfindən öldürüldüyünü deyib.

Məhkəmə prosesi iyunun 13-də davam etdiriləcək.

Qeyd edək ki, qətl hadisəsi 2014-cü ilin sentyabrında törədilib. Fizuli İsgəndərov evinin yanında qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı Xalidə İsgəndərovaşübhəli şəxs qismində saxlanılıb.

Qətlə yetirilən F. İsgəndərov Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olub. O, Azərbaycanın sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur.


Xəbəri paylaş

6588 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___