Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Evimiz kiçik Türkiyə kimidir" - Putinin mətbuat katibinin qızı
Tarix: 09-06-2016 | Saat: 13:37
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

"Evimiz kiçik Türkiyə kimidir" - Putinin mətbuat katibinin qızı
Rusiya prezidentinin mətbuat katibi, ixtisasca türkoloq olan Dmitri Peskovun 18 yaşlı qızı Yelizaveta (Liza) Peskova Türkiyənin “Hürriyet” qəzetinə açıqlama verib.
"Xəbəraz.az " xəbər verir ki, Yelizaveta Peskova müsahibəsində deyib ki, Türkiyə və Rusiya arasındakı siyasi böhrandan ən çox ziyan çəkən sadə insanlar olub.

“Şəxsiyyət vəsiqəmdə doğulduğum yer qrafasında Ankara yazılır. Türkiyə mənim üçün Rusiya qədər vətən sayılır. Son xoş olmayan hadisələr mövqeyimi dəyişmədi. Həm Rusiya, həm də Türkiyədə yaşayan insanların bu vəziyyətdən əziyyət çəkməsi dost insan kimi məni kədərləndirir” – deyib.

“Moskvadakı evimiz kiçik Türkiyə kimidir. Atam Dmitri ilə babam Vladimir ikisi də türkoloqdur. Atam Şərq universitetini, babam Moskva Beynəlxalq münasibətlər fakültəsinin Tükcə ixtisasını bitirib. Mən atam Rusiyanın Ankara səfirliyində işləyərkən dünyaya gəlmişəm. Ailəmə bir türk ailəsi desəm şişirtmərəm” – deyib.

Yelizaveta Peskovanın ən çox sevdiyi türk romanı Rəşad Nuri Güntəkinin “Çalıquşu” əsəridir. Liza Tarkan, Ayla Çelik və Mustafa Cecelinin heyranı olduğunu deyib.

Qeyd edək ki, Peskovun qızı Türkiyədə baş verən terror hadisəsindən sonra sosial şəbəkədə terroru qınamışdı.


Xəbəri paylaş

8838 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___