Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Prokurorluq işçiləri ilə bağlı vacib dəyişiklik
Tarix: 08-06-2016 | Saat: 23:11
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Prokurorluq işçiləri ilə bağlı vacib dəyişiklik

Azərbaycanda vəzifələrini layiqincə yerinə yetirməyən prokurorluq işçiləri barəsində intizam tənbehi tətbiq oluna bilər.

"Xəbəraz.az " xəbər verir ki, bununla əlaqədar "Prokurorluq haqqında" qanuna dəyişikliyin edilməsi təklif olunur.

Hazırda xidməti intizamı pozduğuna görə prokurorluq işçisinin barəsində irad tutma, töhmət, şiddətli töhmət, aşağı vəzifəyə keçirmə, rütbənin aşağı salınması, vəzifədən azad etmə (bu halda prokurorluq işçisi üç ayadək müddətdə sərəncamda ola bilər, həmin müddət ərzində şəxsin prokurorluq orqanlarından xaric edilməsinə əsaslar olmazsa, o, prokurorluq orqanlarında işə təyin edilir), prokurorluq orqanlarından xaric etmə, rütbədən məhrum olunmaqla prokurorluq orqanlarından xaric etmə kimi intizam tənbehlərindən biri tətbiq oluna bilər.

Yeni dəyişikliklərdə isə təklif edilir ki, prokurorluq işçisi həm xidməti intizamı pozduğuna, həm də vəzifələrini layiqincə yerinə yetirmədiyinə, "Azərbaycan Respublikası Prokurorluğu İşçilərinin Etik Davranış Kodeksi"nin tələblərinə əməl etmədiyinə görə barəsində sadalanan intizam tənbehlərindən biri tətbiq oluna bilər.

Yeni dəyişiklik prokurorluq işçilərinin nizam-intizam tədbirlərini gücləndirmək məqsədi ilə beynəlxalq təcrübəyə əsaslanaraq təklif edilir.

"Prokurorluq orqanlarında qulluq keçmə haqqında" dəyişikliyin edilməsini nəzərdə tutan yeni layihəyə əsasən, intizam xətası törədildiyi gündən 3 il keçdikdə prokurorluq işçisinə intizam tənbehi verilə bilməz. Qanunun hazırkı variantında isə bu müddət 1 il müəyyənləşdirilib.

Qeyd edək ki, hər iki qanuna dəyişiklik layihəsi Milli Məclisin iyunun 14-də keçiriləcək iclasında müzakirə ediləcək.


Xəbəri paylaş

6568 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___