Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qardaşını və qardaşı arvadını güllələdi, ölkədən qaçarkən yaxalandı - YENİLƏNİB
Tarix: 08-06-2016 | Saat: 18:03
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Qardaşını və qardaşı arvadını güllələdi, ölkədən qaçarkən yaxalandı - YENİLƏNİB
Daxili İşlər Nazirliyi Şamaxıda baş verən güllələnmə hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyunun 7-də Şamaxı şəhərində yaşayan Azad Rəşidzadə evində ailə-məişət münaqişəsi zəminində tüfəngdən açdığı atəşlə qardaşı Azərə və onun arvadı Möminəyə xəsarət yetirərək, hadisə yerini tərk edib. Nəticədə Azər aldığı xəsarətdən hadisə yerində ölüb, Möminə xəstəxanaya yerləşdirilib.

Şamaxı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən hadisə yerindən 1 ədəd ov tüfəngi götürülüb.

Şamaxı və Qusar Rayon Polis Şöbələri əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Rəşidzadə tutulub.

A.Rəşidzadə Samur keçid məntəqəsində Rusiyaya qaçmaq istəyərkən yaxalanıb.

*****

21:55

Şamaxı rayonunda qardaş qardaşını odlu silahla qətlə yetirib, həyat yoldaşını isə yaralayıb. APA-nın yerli bürosunun xəbərinə görə, 1971-ci il təvəllüdlü Rəşidzadə Azad Əli oğlu ailə münaqişəsi zəminində ov tüfəngi ilə qardaşı 1967-ci il təvəllüdlü Rəşidov Azər Əli oğlunu güllələyib. Ağır xəsarətlər alan Azər Rəşidov hadisə yerində dünyasını dəyişib.

Hadisə zamanı əlində silah olan Azad Rəşidzadə onun qarşısını kəsən öz həyat yoldaşı 1982-ci il təvəllüdlü İbadova Möminə Əlişah qızına da atəş açaraq onu qolundan yaralayıb. Möminə İbadova Şamaxı Mərkəzi rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.

Hadisəni törədən Azad Rəşidzadənin tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.


*****

21.29

Şamaxı rayonunda qardaş qardaşını odlu silahla qətlə yetirib. APA-nın yerli bürosunun xəbərinə görə hadisə bu gün axşam saatlarında Şamaxı şəhərinin Hüseyn Ciddi küçəsindəki 74 saylı evdə qeydə alınıb. 1971-ci il təvəllüdlü Rəşidzadə Azad Əli oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı ov tüfəngi ilə qardaşı 1967-ci il təvəllüdlü Rəşidov Azər Əli oğlunu güllələyib. Ağır xəsarətlər alan iki uşaq atası Azər Rəşidov hadisə yerində dünyasını dəyişib.

Məlumata görə uzun illərdir ki, Rusiyada yaşayan Azad Rəşidzadə bu günlərdə bacısı oğlunun toy mərasimində iştirak etmək üçün Şamaxıya gəlib və ev üstündə dava edərək qardaşını öldürüb. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Hadisəni törədən Azad Rəşidzadənin tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.


Xəbəri paylaş

7318 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___